Doğma, Qəhrəman Tərtərimizin yeganə mətbuat qəzeti olan “Yeni Tərtər”in 90 illik yubileyi münasibəti ilə qəzetinizin bütün heyətini ailəmiz adından təbrik edirəm. Keçən 90 il müddətində qəzetiniz dövrün müxtəlif hadisələrinə, ağrılı-acılı günlərinə, qələbə müjdəli anlarına şahidlik etmişdir. Qələm sahibləri hər zaman “Yeni Tərtər” qəzetində Qarabağ döyüşlərində qanları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, veteranlarımızın döyüş yolundan bəhs edən saysız məqalələrin müəllifi olmuşlar. Bu gün də “Yeni Tərtər” qəzeti Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon rəhbəri Müstəqim Məmmədovun qayğısı ilə, dəyərli qələm sahibi Svetlana xanım Bağırovanın redaktorluğu altında müasir dövrümüzdə fəaliyyətini davam etdirməkdədir.
Bir daha qəzetinizin bütün heyətini təbrik edib, fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə,
Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun ailəsi adından,
Emin Elman oğlu Hüseynli.


Mən 1981- ci ildə Tərtərdə rayon qəzetində işləyirdim. O zaman adı “Qızıl Bayraq” olan qəzetdə güclü jurnalistlər işləyirdilər. O qəzet məni yetişdirdi. Redaktor Təvəkkül Nəcəfov, onun müavini Əmiraslan Qurbanzadə, məsul katib Svetlana Bağırova, şöbə müdiri Elbrus Məmmədov, müxbir Eldar Fərəcov, şöbə müdiri Yəhya İbrahimov sözün əsl mənasında mənə müəllim oldular. Onların verdikləri zəngin bilgilərlə sonralar “Xocalının səsi”, “Azərbaycan”, “Respublika” və digər qəzetlərdə çalışdım. Ümummilli Lider Heydər Əliyev siyasətdən yazdığım iki məqaləmi bəyənmiş və millət vəkillərinin iştirakı ilə müzakirə etdirmişdi.
1934-cü ildən fəaliyyətə başlayan, qayğısız, xoşbəxt uşaqlıq illərimdən xatirimdə “Qızıl Bayraq” adı ilə qalan doğma qəzetimiz!
Xalqımızın milli maraqlarını yaşadan, inkişaf etdirən, maarifləndirən, istedadlı insanlarımızın, əmək və müharibə qəhrəmanlarımızın illərlə həyat yolunu işıqlandıran mətbuat, qəzetlər, jurnallar, kitablar olmuşdur.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır.”
“Yeni Tərtər” qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy Sizin qələminiz həmişə qələbə ruhlu xəbərləri işıqlandırsın! Gözəl tarixdir. Bu tarix bütün nəsillərdən olan jurnalistlərin vətənpərvərliyindən xəbər verir. Fəxr edirəm ki, mənim taleyim də Tərtər rayonunun taleyi ilə bağlıdır. Yazın, ürəyinizin işığını insanlara çatdırın. Öz çörəyinizi bölüşün. İşinizi sevin, axı, o, hamı üçündür. Həmişə qorxmaz və sizə ən çox ehtiyac olan yerdə olun! Bütün kollektivə və baş redaktora müvəffəqiyyətlər və çətin yolunuzda inamla addımlamağı arzulayıram. Jurnalist yolunda!
Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!
Əziz həmkarlar! Bu gün sizin üçün çox əlamətdar bir gündür. Bütün həyatınızı, yaradıcılığınızı sevə-sevə həsr etdiyiniz, yaşadığınız diyarın az qala hər gününü səhifələrində əks etdirdiyiniz, bu yolda rastlaşdığınız saysız-hesabsız çətinliklərə boyun əyməyərək işinizi davam etdirdiyiniz, son qəpiyinizi belə onun çapına həsr edərək onu yaşatdığınız “Yeni Tərtər”inizin 90 yaşı tamam olur. Bu hissləri bizlər də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çoxları buna dodaq büzərək “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə davam etdirib ki, bunu yalnız orada çalışanlar bilirlər.
Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir.
Bu gün doxsan yaşı tamam olan, qalib ölкənin, qalib bir xalqın əyalət qəzеti кimi dünyamızın bir varlığı, tariximizin bir mövcudiyyəti sayılan «Yеni Tərtər» qəzеtinin həyatında şad gündür. Bеlə əlamətdar, fərəhli bir gündə nə qədər sеvinir, nə qədər şadlanırıq.
Yeni ismarıclar