28Sen
İdman sağlamlıq və gözəllik yaradan mühüm amildir. Onun möcüzəsi xəstəni sağlam, qocanı cavan edir.
Respublikamızda tanınmış veteran idmançılar çoxdur. Onlardan biri də sərbəst güləş üzrə SSRİ idman ustası , məşqçi-müəllim Sabir Zeynalovdur. O, təqaüddə olsa da, şəhər 2 nömrəli məktəb-liseydə Təhsil Şöbəsinin və UGİM – nin dəstəyi ilə sərbəst güləş bölməsi açmış, rayon məktəblilərini və gəncləri ətrafına yığaraq layiqli idmançılar yetişdirir. Bu yaxınlarda onun güləşçiləri Qazax şəhərində sərbəst güləş üzrə “Məhsul” idman məktəbinin Respublika turnirində iştirak etmişlər . Güləşçilərdən üçü– Kənan Nəzərov, Əziz Məhərrəmov, Tüncay Hüseynli qalib olaraq, rayonumuzun adını yüksəltmişlər. Sabir müəllim rayonumuzda idmanın bu günü haqqında belə deyir:
–Güləş idmanın ən qədim növlərindəndir. Bu növ ox atmaq, at çapmaq kimi idman növləri ilə bərabər inkişaf etmişdir. Qədim dövrdə hərbi döyüşçülər hazırlamaq üçün “Sparta”, “Qladiator” olimpiada məktəblərini açaraq güləşi əsas yarış idman növü götürmüşlər. Bu növlə dünyanın tanınmış insanları məşğul olmuşlar.
Azərbaycan müstəqil dövlət olduqdan sonra, Ulu Öndərimiz Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmz Avropa, Dünya və Olimpiya oyunlarına evsahibliyi edir. İdmançılarımız idmanın bütün növlərində qələbələr qazanırlar.
Rayon rəhbərliyinin dəstəyi ilə 2015 – ci il Avropa oyunlarının ildönümünə həsr edilmiş turnir keçirildi. Üç komandada 110 güləşçi iştirak edərək, müxtəlif yaş qruplarında layiqli yerlər tutdular. Qaliblərə kubok, medal və diplomlar verildi.
Adil Əhmədov,
1-ci dərəcəli şahmatçı
Teqlər: İdman
28Sen
Tünzalə Mustafayeva şəhərimizin Nizami küçəsindəki gözəllik salonlarından birində işləyir. Artıq on ildən çoxdur ki, bu peşədə çalışır. İlk ustasını, ona sənət öyrədən insanı heç zaman unutmur. Tünzalə xanım deyir:
–Bu tövsiyəni mənə öz ustam vermişdir, mən də gənclərə deyirəm: qadınlarla işləyən insan ilk növbədə xoşxasiyyət və mehriban olmalıdır. İkinci mühüm şərt səbr və səliqəlilikdir. Bizim işimiz diqqətli olmağı sevir. Çünki qadınlar çox həssasdırlar. Əgər bir dəfə işimizdə kiçik bir nöqsan görsələr, ikinci dəfə müraciət etməzlər.
Qeyd edək ki, salona gələnlərin sayı ildən-ilə artır. Tünzalə xanım isə yaratdığı gözəllik dünyasından zövq alır.
O, bir oğul anasıdır. Soruşanda ki, gələcək gəlinini necə görmək istəyirsən, deyir:
–Mənə elə gəlir ki, insanın xarici görünüşü daxili aləmi ilə tam vəhdət təşkil etməlidir. Ona görə də, yaşından, peşəsindən asılı olmayaraq, qadınlarımız daim öz görkəmlərinə fikir verməlidirlər. Mən də arzu edirəm ki, gələcək gəlinim belə olsun.
Aysel Hüseynova
Teqlər: Digər
28Sen
Filippinli həkimin tapdığı şəkər xəstəliyini tam sağaldan bu resepti çox sadə və ucuz məhsullarla, cəmi 5 dəqiqədə hazırlaya bilərsiniz! İnanılmaz, amma 100% qarantili!
Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, dinindən, cinsindən, irqindən, milliyyətindən, zənginlik və ya dini mövqeyindən asılı olmayaraq bütün insanların tutula biləcəyi xəstəlik şəkərli diabetdir.
Bu xəstəlik böyrək, qaraciyər, sinir sistemi və hatta gözlər kimi həyati əhəmiyyətli orqanlara ciddi ziyan vurur.
Doktor Dy-Liacco hesab edir ki, orqanizmin səmərəli şəkərli diabet xəstəliyinin qarşısının alınması və mübarizə tələb edən altı əsas minerallar var. Lazım olan inqrediyentlər:
Kənd yumurtası–2 ədəd
Dəniz duzu–1/2 çay qaşığı
Çili qırmızı acı bibər (siling labuyo) –12 ədəd
Hazırlanması:
Birincisi, bibəri doğrayın. Yumurtaları əlavə edib blenderdən keçirin. Daha ətraflı »
Teqlər: Səhiyyə
28Sen

Nar. Nar meyvəsi xalq təsərrüfatında mühüm əhəmiyyət kəsb edir. Ondan təzə halda istifadə etməklə yanaşı, müxtəlif məmulatlar: nar şirəsi, narşərab, spirtsiz içkilər, spirt və s. də hazırlanır. Meyvənin tərkibində 8-20 %-ə qədər şəkər, 4-10 %-ə qədər qlükoza, 3 % yağ, 14 %-ə qədər C vitamini vardır.
Nar şirəsi mədə ağrıları, baş ağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Xirnik. Xirnik meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş halda istifadə olunur. Bu meyvədən, mürəbbə, povidlo, həmçinin spirtli içkilər hazırlanır. Qurudulmuş meyvələrində 84,2% quru maddə, 62% şəkər, 0,38 % üzvi turşular və 0,12% dabbax maddələri vardır.
Xirnik meyvələri dietik əhəmiyyətə malikdir.
Teqlər: Səhiyyə
20Sen

1 sayılı tam orta məktəb. Ötən tədris ili məktəb üçün xüsusilə uğurlu olub. Bu tədris ocağı respublika üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” adına, məktəbin direktoru Nəcibə Muradova isə Təhsil Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Yüksək fəxri adlar məktəb kollektivinin gərgin zəhmətinin, ardıcıl qazanılan uğurlarının nəticəsidir. Bu barədə “Bilik Günü” münasibəti ilə məktəbdə keçirilən bayram tədbirində geniş söhbət getdi. Tədbirə toplaşanları yeni dərs ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edən Nəcibə müəllim qürur hissi ilə bildirdi ki, məktəbin builki 51 məzunundan 32 nəfəri universitetlərə qəbul olunub. Onlardan 4 nəfəri xaricdə təhsil alacaq. 8 nəfər məzun isə respublikamızdakı müxtəlif kolleclərdə oxuyacaq.
100 ildən artıq şanlı ənənələrə malik, yüzlərlə alim, tanınmış şəxsiyyətlər yetişdirən bu məktəbdə oxumaq istəyənlərin sayı ildən-ilə artır. Elə cari tədris ilində birincilərin sayı 117-yə çatıb. Bunlardan 37-si rus bölməsində təhsil alacaq. Daha ətraflı »
Teqlər: Təhsil
19Sen

Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
Məruzə ətrafında Köçərli kənd tam orta məktəbin direktoru Nizami Hüseynov, Ələsgərli kənd tam orta məktəbin məzunu Vəfa Əlizadə, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, 632 bal toplamış Nərmin Qasımo-vanın valideyni Almaz Qasımova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, Zolgörən kənd tam orta məktəbin gənc müəllimi Şəhanə İmanzadə çıxış etdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı. Daha ətraflı »
Teqlər: Təhsil
19Sen

Müsəlman dünyasının müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər “Cümə” məscidi-nin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu. Dini ənənələrə uy-ğun olaraq qurban mərasimi başladı.
Həmin gün şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobıl əlillərinə, tənhalara, yataq xəstələrinə və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə yeddi min ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə möhtərəm Prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.
Teqlər: Xəbərlər
19Sen

Sentyabrın 9-da Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirmişlər.
Tədbirdə rayon gəncləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Tərtər rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, cari ilin iyun ayının 9-da Dövlət Müşaviri Kamal Abdulla rayonumuza səfər etmiş, Tərtər “Cümə” Məscidində dindarlarla görüşmüş, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
19Sen

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun rəhbər işçiləri, Qarabağ Seyid Ocaqları Birliyinin sədri, ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli və “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə N.saylı hərbi hissədə olmuş, onlara bayram sovqatı aparmışlar. Hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən Milli Orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açmış, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından öz minnətdarlığını bildirmişdir. Sonra Qarabağ Seyid Ocaqları Birliyinin sədri Camal Əzimbəyli, “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, rayonun hərbi prokuroru Fuad Məmmədov, N. saylı hərbi hissənin komandiri Qiyas Abbasov, rayon prokuroru Azər Hətəmov, polis rəisi Rauf Məcidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, gənclərə öz tövsiyələrini vermişlər.
Qonaqlar hərbçilərlə bayram süfrəsi arxasında əyləşmişlər. Sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Orkestrinin iştirakı ilə bayram konserti olmuşdur. Polkovnik Abdulla Qurbaninin təqdimatı ilə olan konsert proqramı hərbçilərdə vətənpərvərlik hisslərini gücləndirmişdir.
Teqlər: Xəbərlər
19Sen

Qurban bayramı ərəfəsində rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etdilər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda oldular.
“Açıq qapı” günündə əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Qurban bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaqdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar