MƏHSUL BOL OLACAQ
Xurma bağlarında məhsul yığımına hələ bir neçə ay qalıb. Amma bağların indiki vəziyyəti deməyə əsas verir ki, bu il tərtərli bağbanlar nəinki rayon əhalisini bu qiymətli meyvələrlə təmin edəcək, eləcə də xarici bazarlarda “Made in Azerbaijan” brendi layiqincə təmsil olunacaq.
Rayon kənd təsərrüfatı idarəsində bitkiçilik sektorunun müdiri Bayram Əliyevdən xurma bağlarının indiki vəziyyəti barədə məlumat verməsini xahiş etdik. O dedi:
– Rayon üzrə meyvə verən xurma bağları 288,4 hektardır. 27,4 hektar sahədə isə yeni bağlar salınıb. Ötən il rayonda 3237 ton xurma toplanıb. Hər hektarın məhsuldarlığı 112,2 sentner olub.
Öyrəndik ki, Mamırlıda Zəfər Nəsirov, İrəvanlıda Məhyəddin Abbasov, Xəyyam Əliyev bu sahədə yaxşı təcrübə toplayıblar. Onlar həm ağacların becərilməsi texnologiyasını yaxşı mənimsəyiblər, həm də məhsulun nə zaman yığılmasını, necə qablaşdırılmasını bilirlər. Buna görə də çəkdikləri zəhmət hər zaman bəhrə verir.
Daha sonra Bayram Əliyev dedi: Daha ətraflı »


Tikinti
Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir.
Bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq.
HUMANİZM PRİNSİPLƏRİNİN BƏRQƏRAR EDİLMƏSİNƏ TÖHFƏ VERƏN ÖLKƏ
Rayonda taxıl biçini uğurla başa çatdı. 9506,6 hektar taxıl sahəsindən 34 min 579,6 ton məhsul yığıldı. Hər hektardan orta məhsuldarlıq 36,4 sentner olmuşdur. 6908,9 hektar buğda sahəsindən 26 min 430,2 ton buğda, 2597,7 hektar arpa sahəsindən 8149,4 ton arpa istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 38,3 sentner, arpa üzrə 31,4 nentner olmuşdur. 2016-cı ilə nisbətən buğdanın məhsuldarlığı 1 sentner, arpanın məhsuldarlığı 4,2 sentner artmışdir.
Yeni ismarıclar