Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    VƏZİFƏLƏR YERİNƏ YETİRİLİR

    Tərtər Subartezian Quyularının İstismarı İdarəsi rayon üzrə idarənin balansında olan 495 ədəd subartezian və 3 ədəd artezian quyularının istismarı ilə məşğul olur və əsas fəaliyyəti rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını təmin etməkdən ibarətdir.
    Göstərilən subartezian quyularına xidmət edən elektrik avadanlıqlarının ümumi gücü 47 min 795 kvt-dır.
    İdarənin balansında olan subartezian quyularının dərinliyi 65-150 metr arasında, kollektorların diametri 6-12 düymə, statiki səviyyə 20-65 metr, dinamiki səviyyə 30-100 metr arasında dəyişir. Quyularda işləyən nasosların ümumi gücü 14 min 966 kvt, ümumi məhsuldarlığı 12 min 985 1/san. təşkil edir.
    Subartezian quyularının altında əkin sahələri 13 min 500 ha təşkil edir. Bu əkin sahələrini əsasən taxıl, pambıq, yem bitkiləri və həyətyanı sahələr təşkil edir.
    Göstərilən əkin sahələrinin suvarılması üçün cari ilin 3 ayı ərzində 15 milyon 456 min kubmetr, əhalinin kommunal-məişət xidmətləri üçün 3680 min kubmetr su çıxarılmış, bunun üçün 7751,43 min kvt.saat elektrik enerjisi işlədilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Kənd təsərrüfatı 10 TONDAN ÇOX BARAMA üçün şərhlər bağlıdır

    Tərtər kümçüləri barama istehsalı sahəsində əldə etdikləri təcrübəni ildən-ilə zənginləşdirirlər. Əgər ötən il rayonda cəmi 4,6 ton barama tədarük olunmuşdursa, bu mövsümdə hədəf 10 tondur.
    Ölkə başçısının tapşırığına əsasən rayonumuzda bu gəlirli sahəni inkişaf etdirmək məqsədi ilə ardıcıl tədbirlər görülür. İlk növbədə baramaçılığın yem bazası yaradılır. Belə ki, son illər rayonda 125 mindən artıq çəkil tingi əkilmişdir.
    Cari ildə Tərtər rayonunda 290 qutu–4940 qram barama qurdu saxlanılıb.
    Baramaçılıqda ən çətin mərhələlər geridə qalıb. Kümçülər qısa müddət ərzində 10 ton 168,1 kq məhsul təhvil veriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29İyn
    Kənd təsərrüfatı TAXIL BİÇİNİ üçün şərhlər bağlıdır

    Bu il rayonumuzun təsərrüfatlarında 7545 hektar sahədə buğda, 4010 hektar sahədə isə arpa becərilib. Hazırda zəmilərdə bol məhsul hasilə gəlib. Cari ildə taxıl əkini sahələri də xeyli genişləndirilib.
    Rayon ərazisində 2017-ci ildə 6909 hektar sahədə buğda və 2598 hektar sahədə arpa əkil-mişdisə, bu il həmin sahələr müvafiq olaraq 636 və 1412 hektar çoxdur.
    Regionun Tərtər Bölməsində 10, şəxsi adamlarda isə 18 kombayn var. 2810 hektarda arpa, 600 hektarda buğda biçilib.
    Taxıl biçini davam etdirilir

    Əvəz NƏSİROV

    Teqlər:

  • 13İyn

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır

    Heydər ƏLİYEV,
    ümummilli lider

    Teqlər:

  • 13İyn

    Digər üçün şərhlər bağlıdır

    Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 13İyn
    Digər DÖVLƏTÇİLİK TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
    Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edildi. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də TƏRTƏRDƏ TƏNTƏNƏLİ MƏRASİM üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
    Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, hərbçilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Rayonda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi.
    İştirakçılar əvvəlcə ulu öndərin xatirəsini hörmətlə yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi. Dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışdı.
    Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov görülən işlərdən və qarşıda duran hədəflərdən danışdılar.
    Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Təhsil AÇILIŞLAR üçün şərhlər bağlıdır

    MƏKTƏBLƏR ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLDİ

    Bu günlərdə Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib. Bu münasibətlə Təhsil Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin, ziyalıların, valideynlərin iştirakı ilə açılış mərasimləri keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər MÜDAFİƏ MƏŞQİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov göstərib ki, rayonumuzun düşmənlə 48 km təmas xətti var. Düşmənin bir addımlığında ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
    Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən baxış keçirilib.
    Məşq zamanı rayon ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilib.

    “Yeni Tərtər”

    Teqlər: