Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
    Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, hərbçilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Tədbirdə çıxış edən Qarabağ Elmi–Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, keçmiş Tərtər Özünümüdafiə Batalyonunun qərargah rəisi Pənah Məmmədov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva və şəhər 2 saylı məktəb-liseyin şagirdi Nuranə Kərimli cümhuriyyətin xalqımızın tarixində şərəfli yer tutduğunu, müasir, müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd ediblər.
    Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə şahmat və intellektual yarışlarda qalib olmuş şagird-lərə Fəxri Fərmanlar təqdim olunub.
    Tədbir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

    Müəllif: Redaktor, 14:55

    Teqlər:

İsmarıclar bağlıdır.