Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar
    Tərtər RİH-də BAŞÇININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Soyulan kəndində oldu.
    Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Təhsil İŞĞALIN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Bu günlərdə Umudlu kəndinin işğalının (28.02.1992) 27-ci ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri S.Paşayev adına Umudlu kənd tam orta məktəbi hazırlamışdır.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının əməkdaşları, Qarabağ qaziləri, şəhid yadigarları, ictimaiyyət nümayəndələri, qonaqlar və kənd sakinləri iştirak edirdilər.
    Tədbirə Himnimizin ifasıyla başlanıldı.
    Umudlunun və bütün Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »

  • 07Mar
    Tərtər RİH-də Xocalı soyqırımından 27 il ötür üçün şərhlər bağlıdır

    XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLDİ

    Tərtərdə XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər XOCALI FAC İƏSİ TƏRTƏRLİLƏRİN DƏ FACİƏSİDİR üçün şərhlər bağlıdır

    Rayonun “Yeni Tərtər” qəzetində bu faciə ilə bağlı vaxtaşırı yazılar və fotoşəkillər dərc olunub.
    Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş “Şəhidlər abidəsi” nədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, “N” saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub. Daha ətraflı »

  • 07Mar
    Milli-mənəvi dəyərlər “MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak ediblər. Daha ətraflı »

  • 07Mar
    Digər Erməni hiyləsinin fəsadları üçün şərhlər bağlıdır

    SUMQAYIT HADİSƏLƏRİ

    Keçmiş SSRİ dövlətinin başçısı Mixayıl Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
    Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətini davam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şə-həri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər SOYQIRIMIN DƏHŞƏTLƏRİNDƏN DANIŞILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə əvvəlcə Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər YADDAQALAN GÜN üçün şərhlər bağlıdır

    Bu günlərdə Dəmirçilər kənd mədəniyyət evinin və Ağkənd kənd kitabxanasının işçiləri “Xocalı soyqırımı”nın 27-ci il ildönümü münasibəti ilə geniş tədbir keçirmişlər.
    Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru Ləman Bəylərova açdı. “Xocalı soyqırımı” şəhidlərinin və ümumiyyətlə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə “Xocalı soyqırımı”nın törədilməsi və erməni vandalizmi haqqında mədəniyyət evinin təşkilatçı metodisti Gültəkin Hüseynova məruzə etdi. Daha ətraflı »

  • 07Mar
    Kənd Təsərufatı MAARİFLƏNDİRİCİ TƏLİM üçün şərhlər bağlıdır

    Azərbaycan Dövlət Aqrar Universiteti, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlərə və tədarük məntəqələrinin nümayəndələrinə “Pambığın mütərəqqi becərmə texnologiyası” mövzusunda maarifləndirici təlim keçirilib.
    Mərasimi giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Musayev açaraq, bu tədbirin əhəmiyyətindən danışıb.
    Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev Tərtər rayonunda kənd təsərrüfatının inkişafından danışıb, 2018-ci ildə bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Digər 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci il-də BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
    Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart-Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart-Beynəlxalq Qadınlar Günü ölkədə qeyri iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin apa-rıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha ətraflı »