Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə əvvəlcə Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
    Tədbirdə Gənclər və İdman İdarəsinin nümayəndəsi Şəhram Quliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova, təhsil şöbəsinin aparıcı məsləhətçisi Nuranə Məmmədli, şəhər 1 saylı tam orta məktəbin müəllimi Nərgiz Dostuzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Kəngərli kənd tam orta məktəbinin müəllimi Valeh Əbilov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, ermənilərin törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinmə-yəcək dəhşətlərindən bəhs ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:34

İsmarıclar bağlıdır.