10Okt
ÖMRÜN CƏSURLUQ YOLU
1994-cü ilin sonları idi. Adəti üzrə Qarabağ müharibəsi iştirakçılarından yazmalı idim. Onun üçün Qarabağ əlliləri cəmiyyətinə zəng etdim və bir nəfər döyüşçünün barəsində yazacağımı bildirdim. Heç 10 dəqiqə çəkmədi”, 2 nəfər redaksiyaya gəldi. ( O vaxt redaksiya ilə əlillər cəmiyyəti yaxın binalarda yerləşirdi). Gələnlərdən biri Akif Lalayev, digəri cəmiyyətin o zamankı sədri İlham Mustafayev idi. Bir qədər söhbətdən sonra Akif Lalayevin savadlı, intellektli döyüşçü olmasına, İlham Mustafayevin boy-buxununa, şəxsiyyətinə, heyrət etdim…
Bu gün o döyüşçülərdən biri–İlham Mustafayevlə üz-üzə oturmuşuq. O zamankı İlhamla bu günkü İlhamı müqayisə edirəm.
Vətənimiz, torpaqlarımız uğrunda bir gözünü, bir qolunu, ayaq barmaqlarından birini itirmiş, üz-gözündə dəhşətli müharibənin çapıqları varıydısa da cavan görünürdü. Bu gün isə onun görkəmində son 25 ilin izləri hiss olunur. Sanki, danışığı, əsəbi də dəyişib. Bu gün İlhamdan yazmağımın əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə onun “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi oldu. Yenidən döyüş günlərini yada saldıq, ona göstərilən dövlət qayğısından danışdı.
İlham Mustafayev:
–1990-cı ildə Özünümüdafiə Batalyonları təşkil olunanda mən də kəndimizdə yaradılmış “Cəmilli” Özünümüdafiə Batalyonuna yazıldım.
. İlk müdafiə döyüşümüz “Torpaq təpə” deyilən ərazidən başladı. Batalyona tapşırıq verilmişdi ki, Şikar Şikarovu düşmənlər vurub, onun cəsədi döyüş ərazisində qalıb, mütləq çıxarmaq lazımdır. Batalyon döyüşçüləri ilə bərabər verilən əmri yerinə yetirdik. Cəsədi çıxararaq Tərtər hospitalına təhvil verdik.
İkinci əməliyyat Səhlabad kəndi istiqamətində oldu. Rahilə Orucovanın cəsədini çıxarmaq lazım idi. Bu tapşırığı da yerinə yetirdik. Daha ətraflı »
10Okt
1. Azərbaycan Resbublikasının Baş Prokurorluğu-161
2. Daxili İşlər Nazirliyi – 102
3. Vergilər Nazirliyi – 195
4. Fövqəladə Hallar Nazirliyi – 112
5. İqtisadi İnkişaf Nazirliyi – 195-2
6. Dövlət Gömrük Komitəsi – 192
7. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 141
8. Təhsil Nazirliyi – 146
9. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi – 193
10. Dövlət Miqrasiya Xidməti – 919
11. Ədliyyə Nazirliyi – 539 76 75
12. Azərişıq – 440 29 21
13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 142
14. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 9100
15. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu – 190
16. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 1655
17. Baş Dövlət Yol Polisi İdarəsi – 902
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – 148
27Sen

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR MƏKTƏBLİLƏRİ ARASINDA(3 DEKABR 2016-cı il)
27Sen







Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri ümumtəhsil məktəblərində, o cümlədən, Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Laçın rayonunun Çaylı kənd tam orta, Nərimaniya kənd ümumi orta, Ağdam rayonunun 84 saylı tam orta və Kəlbəcər rayonunun 36 saylı tam orta məktəblərində də oldular.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanın Əliyeva tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur. Daha ətraflı »
27Sen
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə respublika Prezidentinə kənd camaatı adından minnətdarlığını bildirdi. Erməni quldurları ilə təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikdən danışaraq bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə kənd yolunda maşınların sürət həddinin azaldılması üçün yol nişanı qoyulması ilə bağlı müraciət etdilər. Daha ətraflı »
27Sen
Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
Görüşdə rayon rəhbəri işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi kimi şərəfli işlərində uğurlar dilədi. Gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı.
Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.
Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 30-u daimi, 19-u müddətli müqavilə ilə olmaqla 49 nəfər müəllim qəbul edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
“Yeni Tərtər”
27Sen
Azərbaycan reallıqlarının dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verlişinin baş redaktoru Con Batçelor Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, müsahibə götürüb. Görüşdə icra başçısı rayon haqqında ətraflı məlumat verib.
Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
Sonra rayon rəhbəri qonaq ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndində və “N” saylı hərbi hissədə olublar.
“Yeni Tərtər”
27Sen
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.
Vətəndaşlar əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülüb. Aksiyada 242 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
“Yeni Tərtər”
27Sen
Hörmətli Tərtərlilər!
2019-cu il oktyabrın 1-10 tarixlərində ölkədə əhalinin siyahıyaalınması keçiriləcəkdir.
Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı yaşadığımız cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan mötəbər məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.
Siyahıyaalmanın gedişinə şəxsi həyata aid bütün fərdi məlumatlar qorunacaq və konfidensiallıq təmin ediləcəkdir.
TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ
27Sen
Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov Tərtər rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbul zamanı 70 nəfər məcburi köçkünün müxtəlif sosial problemlərlə bağlı müraciətləri dinlənilib və araşdırılmaq üçün qeydə alınıb.
Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.
Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir. Daha ətraflı »
Yeni ismarıclar