Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.
Vətəndaşlar əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülüb. Aksiyada 242 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
“Yeni Tərtər”