Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Dek
    Xəbərlər Britaniyalı qonaqlar Tərtərdə üçün şərhlər bağlıdır

    YENİ TƏLİM MƏRKZİ AÇILIB

    “British Council” və Britaniyanın Azərbaycandakı səfirliyi bu il ikinci Resurs və Təlim Mərkəzini Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yerləşən Laçın rayonu Çaylı kənd orta məktəbində açıb.
    Açılış mərasimində Böyük Brita-niyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov, təhsil işçiləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara məlumat verib ki, iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksindəki mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləriməktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klubicma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə səfər çərçivəsində məcburi köçkünlərlə görüşüb.
    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olan qonağa rayon haqqında ətraflı məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ermənistan silahlı qüvvələrinin tez-tez atəşkəsi pozmasından bunun nəticəsində Tərtər rayonunun əhalisinə və təsərrüfatlarına ciddi zərər dəyməsindən, beləliklə də insanların normal həyat tərzinin vaxtaşırı pozulmasından ətraflı danışıb.
    Səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər üçün yaradılan şərait, təmas xəttində yaşayan sakinlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.
    Diplomat sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tər-tər rayonu ərazisində məskunlaşıb. İki il əvvəl istifadəyə verilmiş 1170 ailəlik yaşayış kompleksinə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Kompleksdə zəruri infrastruktur ob-yektləri–məktəb, uşaq bağçası, mu-siqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.
    Böyük Britaniyanın səfiri yaşayış kompleksində Əzizovlar ailəsinin mənzilinə baş çəkib.
    Ceyms Şarp yaşayış kompleksində tam orta məktəb və körpələrevi uşaq bağçasında yaradılmış şəraitlə də tanış olub.

  • 09Dek
    Səhiyyə Narkomaniya əsrin bəlasıdır üçün şərhlər bağlıdır

    GƏLƏCƏYİMİZİN
    XATİRİNƏ

    Doğru deyirlər ki, narkomaniya narkotik tələdir. Bu tələyə düşən oradan çox çətinlik nəticəsində çıxa bilir. Yaxşı olar ki, ondan heç vaxt istifadə etməyəsən. Narkotik maddələr insan düşüncəsinə təsir edən, psixoloji asılılıq yaradan xəstəlik hesab olunur. Nar-komaniya yaddaşı və təfəkkürü pozaraq həyata qarşı la-qeydlik yaradır. Narkomaniya gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Digər vərdişlərdən daha təhlükəli olur. Narkotik satışı ilə məşğul olanlar hər il bir çox insanları bu işə cəlb edir ki, bunların da əksəriyyəti uşaq və gənclərdən ibarət olur. Bu baxımdan valideynlərin övladları ilə arasındakı münasibət narko-tiklərə qarşı mübarizədə böyük rol oynayır.
    Narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, mümkündür. Tez bir zamanda ailəsini, dostlarını, sağlamlığını, işini, həyatını itirməmiş bu uçurumdan xilas olmaq gərəkdir.
    Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkir. Əvvəl-lərdə bu təhlükə bir neçə ölkə qarşısında dururdusa, artıq narkotizasiyanın acı nəticələ-rini hiss etməyən ölkə tapmaq mümkün deyil. Vaxtı ilə bu problemə diqqət yetirilmə-diyindən artıq yoluxucu xəs-təlik kimi insanlar, xüsusi ilə gənclər arasında yayılmaqda davam edir, hətta yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Hazırda dünyada milyonlarla narkoman var. Onların bir qismi kişilər, bir qismi qadınlar, digər bir qismi də gənclər və uşaqlardır. Daha ətraflı »

  • 09Dek
    Milli-mənəvi dəyərlər DİN ADAMININ SAF AMALI üçün şərhlər bağlıdır

    Öz zəhməti ilə dolanan ailələrdən biri də sürücü Qərib Ədilovun ailəsi idi. Bu ocaqda 7 uşaq böyüyürdü, 4 oğlan, 3 qız. Hər gün səhərsəhər Qərib kişi öz sürücülük peşəsinin dalınca yollanar, həyat yoldaşı Gülarə isə bazara gedərdiki xırda alverlə məşğul olsun. Azyaşlı uşaqlar isə ya məktəbə gedər, ya da analarının tapşırdığı işləri yerinə yetirərdilər. Axşam ata-ana evə dönəndə qazandıqları halal zəhmət haqqı ilə uşaqları sevindirərdilər. Belə sadə ailələr o zamanlar bu qaydada dolanardılar. Tək-tək seçilən imkanlı ailələr varıydı. Beləcə bu 7 uşaq böyüyərək, hərəsi öz yolu-nu seçdi.
    Bu gün rayon camaatı arasında xüsusi xətir-hörmətə sahib olan, davranışı ilə fərqlənən, islamçı-lıq mədəniyyəti ilə seçilən din adamı Saleh Ədilov bu ailənin 7 övladından biridir.
    Saleh Ədilovun gənclik dövrü Qarabağ müharibəsi illərinə təsadüf edib. Mənfur ermənilərin törətdikləri cinayətlər, ələlxüsus doğma Tərtərimizi mərmi və raketlərlə atəşə tutması hələ də onun yaddaşından silinmir. Daha ətraflı »

  • 09Dek
    Digər ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ üçün şərhlər bağlıdır

    XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu. Bu hadisələrdən ən çox əziyyət çəkənlər indiki Ermənistan Respublikasında və Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan dinc azərbaycanlılar idi. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xaraba-zarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşən bu insanların faciəsinin kökləri tarixin daha dərin qatlarına gedir.
    Azərbaycanın qədim yurd yerlərindən, zəngin mədəniyyət məbədlərindən sayılan bu ərazilər zaman-zaman qanlı müharibələr meydanına çevrilsə də, bu torpaqların əsl faciəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində başladı. Daha ətraflı »

  • 09Dek
    Digər DAHİLƏRİN ERMƏNİLƏR HAQQINDA DEDİKLƏRİ üçün şərhlər bağlıdır

    Əmir Teymur (Fateh-hökmdar): “Tarix mənə iki şeyi bağışlamıyacaq: Birincisi erməniləri bir etnos kimi məhv etmək istəyib bunu etmədiyimə görə, ikincisi doğrudur ermənilərin arasında ola bilsin ki, yaxşıları var lakin bütövlükdə erməni xalqı alçaq və rəzil xalqdır.” Aleksandr Sergeyeviç Puşkin (Dahi rus şairi): “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.
    Aleksandr Düma (Fransız yazıçısı və səyyah): «Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər».
    Qraf De Şole ( Fransız səyyahı): “Ermənilərin yoxsulluq və əzabəziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim”.
    Adam Mets (İsveç səyyahı): “Dərisi ağ qulların pisi ermənilərdir. Abırhəyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.
    Tatsit: “Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar”.
    Musa Xorenatsi: “İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
    An.N.Y.Marr: “Erməni xalqı kimi erməni dili də hibrit (calaq) dilidir”.
    Jemçuynikov (Yazıçı): “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.
    Olqa Smurova (Yazıçı): “Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər”. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər MİLLƏTİMİZİN BAŞINA GƏTİRİLƏNLƏR ÇOX DƏHŞƏTLİDİR! üçün şərhlər bağlıdır

    1920-1953-cü İLLƏR ƏRZİNDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTANI İDARƏ EDƏN
    DÖVLƏT RƏHBƏRLƏRİ

    Azərbaycan KP MK-nin Milliyyəti İllər
    I katibləri

    1.Qriqoriy Kaminiskiy yəhudi 1920-21
     2. Sergey Kirov rus 1921-26
    3. Ruhulla Axundov azərbaycanlı 1925-26
    4. Levon Mirzoyan erməni 1926-29
    5. Nikolay Qiqolo ukraynalı 1929-30
    6. Vladimir Polonskiy yəhudi 1930-33
    7. Ruben Mkrtçyan erməni 1933-33
    8. Mircəfər Bağırov azərbaycanlı 1933-53

     Ermənistan KP MK-nin Milliyyət

       Ikatibləri

                                                                                 1. Gevork Alixanyan erməni 1920-21
                                                                                 2. Sarkis Srapionyan erməni 1921-22
                                                                                3. Aşot Hovanisyan erməni 1922-27
                                                                               4. Hayk Osepyan erməni 1927-28
                                                                               5. Haykaz Kostanyan erməni 1928-30
                                                                               6. Aqasi Xandjyan erməni 1930-36
                                                                               7. Amatuni Vartapetyan erməni 1936-37
                                                                               8. Qriqoriy Arutyunyan erməni 1937-53

  • 09Dek
    Səhiyyə SOĞAN SUYU İLƏ ŞƏKƏR XƏSTƏLİYİNDƏN XİLAS OLACAQSINIZ üçün şərhlər bağlıdır

    Soğan suyunun faydaları arasında bakteriyalara qarşı bədənin müqavimətini artırması, qan təzyiqini normada saxlaması və bəzi xərçəng növlərinə qarşı qorunma təmin etməsidir.
    Diabet: Qida lif baxımından zəngin olan soğan qan şəkəri dalğalanmalarını önləyər və az miqdarda qida lifi istehlakı səbəbiylə yaşanan qəbizliyə yaxşı gəlir. Soğan həm 1-ci tip, həm də 2-ci tip diabet xəstələrində qlükoza səviyyələrinin salınmasına köməkçi bir tərəvəzdir.
    Sidikqovucu: Soğan güclü bir sidikqovucudu və qanın təmizlənməsinə köməkçi olar.
    Öskürək: Ənənəvi olaraq bron-xit və astma müalicəsində istifadə soğan suyu eyni zamanda quru öskürəyə də yaxşı gəlməkdədir. Daha ətraflı »

  • 25Noy

    Digər üçün şərhlər bağlıdır

    “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”.

    Heydər ƏLİYEV

  • 25Noy
    Xəbərlər YAP-ın YARADILMASININ 27-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra rayon Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini bildirib. Daha ətraflı »