Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə səfər çərçivəsində məcburi köçkünlərlə görüşüb.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olan qonağa rayon haqqında ətraflı məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ermənistan silahlı qüvvələrinin tez-tez atəşkəsi pozmasından bunun nəticəsində Tərtər rayonunun əhalisinə və təsərrüfatlarına ciddi zərər dəyməsindən, beləliklə də insanların normal həyat tərzinin vaxtaşırı pozulmasından ətraflı danışıb.
Səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər üçün yaradılan şərait, təmas xəttində yaşayan sakinlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.
Diplomat sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tər-tər rayonu ərazisində məskunlaşıb. İki il əvvəl istifadəyə verilmiş 1170 ailəlik yaşayış kompleksinə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Kompleksdə zəruri infrastruktur ob-yektləri–məktəb, uşaq bağçası, mu-siqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.
Böyük Britaniyanın səfiri yaşayış kompleksində Əzizovlar ailəsinin mənzilinə baş çəkib.
Ceyms Şarp yaşayış kompleksində tam orta məktəb və körpələrevi uşaq bağçasında yaradılmış şəraitlə də tanış olub.
-
09Dek
Müəllif: Redaktor, 10:19