08Avq
Hələ cari ilin əvvəllərindən, ölkəmizdə koronavirus infeksiyası qeydə alınmadığı vaxtlardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu xəstəliyin yayılmaması üçün müəyyən tədbirlərin hazırlanıb, həyata keçirilməsinə başlanmışdır. Bu məqsədlə xüsusi xəstəxanalar ayrılmış, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar alınıb gətirilmiş və digər lazımi hazırlıq işləri görülmüşdür. Sonrakı cərəyan edən hadisələr ölkə Prezidentinin uzaqgörənliyini bir daha təsdiq etmiş və pandemiyaya çevrilən bu xəstəliyin geniş yayılmaması və xəstələrin müalicə olunması üçün həyata keçirilməli olan vacib tədbirlər sahəsində Azərbaycanda heç bir ciddi problem yaşanmamışdır.
Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə göstərmişdir ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Son günlər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Bu işdə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Daha ətraflı »
04Avq
Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Daha ətraflı »
30İyl
TƏBRİK
Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təbrik etmişdir. Təbrikdə deyilir: “Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin 22 iyul tarixində işıq üzü görən “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Milli Mətbuat bu 145 ildə təlatümlü və keşməkeşli ömür yolu keçmişdir. Özündən sonra “Əkinçi”nin bir çox sələfləri meydana gəlmiş və onlar Milli Mətbuatın inkişafında əvəzolunmaz rol oynamışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında ölkə rəhbərinin verdiyi sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Daha ətraflı »
30İyl
Pandemiya ilə əlaqədar karantin rejiminin bütün tələbləri gözlənilməklə “Yeni Tərtər” qəzeti redaksiyasında Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı əhatəli məruzə etmişdi. Məruzədə 1875-ci ilin iyul ayının 22-də Həsən bəy Zər-dabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatının kecdiyi tarixi və şərəfli yoldan ətraflı bəhs edildi.
Məruzəçi Tərtər rayon qəzetinin 86 illik ömür yolundan da geniş danışdı. Bu gün “Yeni Tərtər” adı ilə nəşr olunan rayon qəzetinin və onun elektron səhifəsinin oxucular tərəfindən maraqla qarşılandığını xüsusi qeyd etdi.
Məruzə ətrafında “Yeni Tərtər” qəzetinin əməkdaşlarından Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Ülviyyə Quluyeva və Günel Sarızadə çıxış edərək Milli Mətbuatın 145 il-də keçdiyi inkişaf yolundan və rayon qəzetinin həyatından bəhs etdilər.
“Yeni Tərtər”
30İyl
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tərtər rayonu sakinləri də qoşulub.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, inziba-ti ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi əlilləri, habelə sıravi vətəndaşlar, xüsusilə gənc könüllülər fəal iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-qtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət Daha ətraflı »
30İyl

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus
infeksiyasının qarşısının alınması məqsədilə rayonun Heydər Əliyev prospekti və Heydər Əliyev parkında dezinfeksiya işləri aparılmışdır.
30İyl
Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Qurani-Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi olduqdan sonra onu Allah taa-la yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın” Daha ətraflı »
30İyl
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
30İyl
(Hekayə)
Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi. Daha ətraflı »
30İyl
(Hekayə)
4 İL KEÇSƏ DƏ…
2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
Tofiq Yusif
Hörmət bəslədiyim bir qadına
Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır. Daha ətraflı »
Yeni ismarıclar