TƏBRİK
Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təbrik etmişdir. Təbrikdə deyilir: “Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin 22 iyul tarixində işıq üzü görən “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Milli Mətbuat bu 145 ildə təlatümlü və keşməkeşli ömür yolu keçmişdir. Özündən sonra “Əkinçi”nin bir çox sələfləri meydana gəlmiş və onlar Milli Mətbuatın inkişafında əvəzolunmaz rol oynamışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında ölkə rəhbərinin verdiyi sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının əksini tapması ölkədə medianın azad, güclü bir cəmiyyət kimi formalaşmasına təkan verir. Bütün bu proseslərin iştirakçıları isə Azərbaycan jurnalistləridir.
Tərtər rayon qəzeti də bu sələflərdən biri kimi 86 ildir ki, insanların maariflənməsi uğrunda mübarizə və mücadilə aparır.
Bu gün “Yeni Tərtər” qəzeti Yeni Tərtər adı ilə dərc olunan rayon qəzerti həyatımızın güzgüsünə çevrilmişdir. Düşmənlə 48 kilometrlik təmas xəttində olan və ermənilərin tez-tez atəşkəsi pozduğu bir ərazidə yaşamaq və işləmək şərəfdir. Bu missiyanı “Yeni Tərtər”çilər əzmkarlıqla yerinə yetirirlər.
Mən sizin kollektivi və ayrı-ayrılıqda hər birinizi Milli Mətbuatımızın 145 illik yubileyi münasibəti ilə təbrik edir, sizə, ailənizə və yaxınlarınıza can sağlığı, uzun ömür arzulayıram! Qələminiz iti, yazılarınız qərəzsiz və oxunaqlı olsun! Hər birinizə yeni-yeni yaradıcılıq uğurları diləyirəm”.