Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Qurani-Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi olduqdan sonra onu Allah taa-la yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın” və bundan sonra Cəbrayıl mələk vasitəsi ilə bir qoç göndərir və İsmailin əvəzinə həmin qoçun kəsilməsini istəyir. Məhz bu hadisədən sonra Minada qurban kəsmək adətənənəyə çevrilir.
Bundan əlavə xalis bəndənin bu çətin imtahandan başıuca və alnıaçıq çıxması ilə öz bəndəliyini Aləmlərin Rəbbi qarşısında isbat edir, buna görə də bu gün sevincli və bayram günü kimi tarixə düşür, hazırki zəmanəmizdə bəndələrin böyük bir qrupu bu əməli həmişə diri tutmaq xatirinə Allah evinin ziyarətinə gedir və xüsusən də ənənəyə sadiq qalaraq Minada qurban kəsirlər. Allah taala bu möhtəşəm ziyarəti hər birimizə qismət etsin.
Bildiyimiz kimi zillhiccə ayının onuncu günü (miladi tarixlə iyulun 31-i) müqəddəs qurban bayramıdır, bu günün və gecəsinin özünə məxsus bir nəçə əməlləri vardır. Bu gecə mübarək və bərəkətli gecələrdəndir, bu gecədə əhya saxlamaq çox bəyənilmişdir, həmçinin İmam Huseyn (ə) ziyarəti və bu gecəyə aid olan duaları oxumaq gecənin əməllərindəndir.
Qurban bayramı gününün özünə məxsus əməlləri:
Birinci: əməl qusldur, bu gündə qusl etmək Əllamə məclisinin nəzərində çox təkid olunmuş və savab əməllərdəndir, hətta bəzi alimlər bu gündə qusl etməyi vacib bilmişlər. İkinci: əməl bayram namazıdır, eyni ilə fitr bayramının namazı kimidir (Bu na-maz İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma O həzrət qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camaatla, həm də fərdi qılına bilər. Bayram namazlarının vaxtı günəş doğandan günortayadəkdir, müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra qılınsın. Bayram namazı iki rəkətdir, birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qu-nut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Sadəcə bunun fərqi bundadır ki, fitr bayramı günü iftar edib namazı qılmaq lazımdır, bu bayramda isə namaza qədər ac qalıb namazdan sonra qurban əti yemək savabdır.
-
30İyl
Müəllif: Redaktor, 10:06