Kəndimizdə Əliabbas adında bir kişi vardı. Heç kim ona Əliabbas demirdi. Əlabbas deyirdi. Çobanlıq edirdi. Yəni kənd camaatının qoyunlarını otarırdı. Səhər-səhər kimin neçə qoyunu olardı, gətirib ona təhvil verərdi. Maşallah da yaddaşı vardı. Yüz qoyun da versən, bilərdi ki, hansı sənindir. Hər qoyunu da öz adı ilə çağırardı. Kərə qoyun, kürə qoyun, sarımtıl, bozumtul, quyruğu qıvraq, qulağı yarıq, boynu qotazlı, yerişi nazlı. Saymaqla qurtarmaz. Elə ki, qoyunları gətirdilər, qabağa düşüb gedərdi. Qoyunlar da mələşə-mələşə dalınca. Ayın axırında da iki manatdan, üç manatdan pul yığardı.
Əlabbas tək yaşayırdı. Evlənməmişdi. Deyəndə ki, ay Əlabbas, yaşın altmışı keçib, niyə evlənmirsən? Bir xeyli sənə məzlum-məzlum baxardı:
-Sən öylənibsən?
– Evliyəm.
-Əlin yağa-bala batıb?
-Batıb da sözdür. Əlabbas, ailə özgə aləmdir. İşdən gəlirsən, oğul-uşaq Daha ətraflı »
-
10SenƏdəbiyyat NİYƏSİNİ BİLMƏZDİM (Mini hekayə) üçün şərhlər bağlıdır
-
03SenDigər ŞUŞAYA TAM MƏNADA ZƏNGİN HƏYATI QAYTARMAQ ÜÇÜN BÜTÜN ZƏRURİ ADDIMLAR ATILIR üçün şərhlər bağlıdır
Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.Tədbirdə iştirak edən cənab Prezident məqbərənin ucaldılması haqda qərarın Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və açılışının da 1982-ci ilin yanvarın 14-də Onun tərəfindən həyata keçirildiyini bildirdi.O dövrki tarixə diqqət çəkən Prezident Sovet ideologiyasının tüğyan etdiyi bir siyasi şəraitdə Daha ətraflı »
-
30AvqDigər ERMƏNİSTANLA APARILAN 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCANIN TARİXİ VƏ ŞANLI QƏLƏBƏSİ üçün şərhlər bağlıdır
Azərbaycan Ordusu 44 günlük müharibə ərzində Ermənistan ordusu haqqında yaradılmış mifi darmadağın etdi. Müharibə dövründə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları alt-üst etdi.
Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Daha ətraflı » -
30AvqTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Rayon rəhbərliyi ənənəvi olaraq vaxtaşırı vətəndaşları qəbul edir, onların problemlərinin həllinə köməklik göstərilir, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır.
Bu dəfə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildiriblər. -
30AvqXəbərlər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
HACIZADƏ CEYHUN İFRAYİL OĞLUNUN 29 YAŞI TAMAM OLDU
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət etdilər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlandılar.
Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. -
30AvqXəbərlər ŞƏMİLOV AZƏR ELYAS OĞLUNUN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır
Şəhid Azər Elyas oğlu Şəmilovun doğum günü münasibəti ilə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub.
1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.
Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayo-nunun Kələntərli kəndində dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. -
30AvqXəbərlər QASIMZADƏ AZƏR YAQUB OĞLUNUN ÖVLADI YUSİFİN AD GÜNÜ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam oldu.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli övlad olmasını arzulayıb, hədiyyələr bağışlayıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və qonaqlara öz minnətdarlıqlarını bildiriblər. -
30AvqXəbərlər MƏMMƏDOV ELMAN BƏHMƏN OĞLUNUN AD GÜNÜ üçün şərhlər bağlıdır
Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! -
30AvqSəhiyyə DEZİNFEKSİYA İŞLƏRİ GÜCLƏNDİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdıqları yerlərdə həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, Tərtər rayonunda koronavirusa yoluxanların sayı digər rayonlara nisbətən azdır. Həm də camaat arasında geniş profilaktik və gigiyenik işlərin görülməsinə ciddi nəzarət olunur. Hər kəsə izah olunur ki, bu epidemiya necə yayılır, yoluxmalar necə baş verir və onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. -
30AvqƏdəbiyyat 2021-ci il “Nizami Gəncəvi İli”dir üçün şərhlər bağlıdır
BÖYÜK XALQIN BÖYÜK ŞAİRİ
Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərin təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Nizami Gəncəvi 8 əsr bundan əvvəl yaşayıb yaratmışdır. Şair Gəncədə doğulub. Bu qədim şəhərin xarabalıqları indiki Gəncənin 5 kilometrliyində yerləşir. Şairin doğum ili 1141-ci il hesab olunur. Lakin “Xosrov və Şirin” poemasındakı aftobioqrafik məlumatların tətqiqi başqa qənaətlərə gəlməyə imkan verir. Belə deyilir ki, şair şir bürcü altında doğulmuşdur.
Şairin əmisi Xacə Ömər görünür, Azərbaycan hakimləri Atabəylərin Gəncədəki sarayında qulluq etmişdir.
Əsilzadə nəslindən olmasına baxmayaraq, Nizaminin ailəsi o qədər də böyük var-dövlətə malik deyildi. Amma hər halda valideynləri övladlarına o dövr üçün ən yüksək səviyyədə təhsil verməyə imkan tapmışdılar. Şair hələ uşaq çağlarından Quranı öyrənmiş, müsəlman hüququnu, “ədəb” kompleksinə daxil olan bütün fənləri dərindən mənimsəmişdi. Daha ətraflı »


Yeni ismarıclar