Laçın rayonunun yeni inkişaf dövrü başlayıb
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı.
AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Daha ətraflı »



Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində bəyanat verib.
Qeyd olunub ki, Türkmənistan Qarabağda məscid inşa edəcək. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Uzun illər erməni işğalı altında qalan Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Azərbaycan dövlətinin rəhbəri Möhtərəm Prezidentimizin apardığı ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla və rayon Polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramovla birlikdə İlxıçılar kəndində şəhid Səfiyev Allahverdi Səfi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Kovdadıq kəndində Vətən müharibəsi veteranı Quluzadə Müşviq Vüqar oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.


Sülhsevər, qüdrətli, möhtəşəm Azərbaycanımızın bir parçası olan qəhrəman Tərtər rayonu ildən-ilə daha da gözəlləşir. Sakinlərin həyat şəraiti yaxşılaşır, rayonun iqtisadi göstəriciləri yüksəlir. Cari ilin 6 ayı ərzində rayonda görülən işlərə nəzər yetirdikdə, bu əminlik daha da artır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılmasının dördüncü ili münasibəti ilə tədbir keçirilib.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Sağ sahil magistral kanalının ümumi uzunluğu 70.2 km təşkil edir.
Son zamanlar Tərtər şəhərində və kəndlərində yas mərasimlərində ehsan verilməsi sadələşdirilib. Lakin bəzi kəndlərimizdə bu qaydalara əməl edilmir. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinə dini baxımdan necə yanaşılır? Bu suala cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərova müraciət etdik.
Yeni ismarıclar