Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.


“Əziz ŞuŞa, sən azadsan!” müsabiqəsinin respublika final mərhələsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 noyabr 2022-ci il tarixli əmri ilə təltif edilənlər arasında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri də yer alıb. Onlardan biri də III dərəcəli diplomla təltif olunan Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Nilufər Zeynalzadədir. Bu münasibətlə Nilufəri və onun uğurunda payı olan hər kəsi təbrik edir və müsabiqədə yer tutan inşa yazını oxucularımızın diqqətinə çatdırırıq.
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.
44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi gös-tərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Bayrağı ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib.
Sarıcalı kənd tam orta məktəbində Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Vəsilə Mehdiyeva Azərbaycan Ordusunun Şanlı Zəfərindən, əsgər və zabitlərimizin misilsiz hünərindən, Ali Baş Komandanın “dəmir yumruq”lu bir sərkərdə olmasından danış-dı və nəticədə tariximizin unu-dulmaz gününün əldə olunma-sını söylədi.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycanın şanlı tarixinə daha bir Zəfər günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Müzəffər ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri qısa müddətə ləğv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin şərəfli gününü yaşadı, desək, yanılmarıq. Çünki bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Qarabağ Azərbaycandır! reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin –Azərbaycanın var olduğunu sübut etdi. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı oldu. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək, təkcə Ermənistana yox, bötövlükdə haqsız güclərə sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla qazanmaq olar .
Noyabrın 20-də xalqımız qürur hissi ilə Ağdamın işğaldan azad olunduğu günü qeyd edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qapanlı kəndinə gedən suvarma arxının beton üzlüyə alınması ilə bağlı aparılan işlərlə yerində tanış olub.
Yeni ismarıclar