
“Ag ölüm”ün yaşı niyə cavanlaşır? Nəyə görə şərəfli tələbə adını qazanan savadl, gələcəkdə dövlətimizə, Vətənimizə böyük xeyir verə biləcək gənclər narkomaniyanın bataqlığına düşərək, həyatlarını məhv edirlər? Cəmiyyətimizin bu bəladan təmizlənməsi üçün nə etməliyik?
Rayon polis şöbəsinin təşkilatçılığı və müəllimlərin, şagirdlərin, valideynlərin iştirakı ilə Kəngərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, həkim narkoloq Rima Axundova və Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev bu sualları cavablandırmağa çalışıblar.
Hər bir uşağın, yeniyetmənin və gəncin gələcəyinin ailə tərbiyəsindən və ətraf mühitdən asılı olduğunu bildirən Elçin Qasımov deyib:
–Uşaqların sabahın dəyərli, ağıllı vətəndaşı olması, yaxud qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl, aldığı tərbiyədən, evin kəndarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişləri “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir. Daha ətraflı »
-
16DekXəbərlər DİQQƏTLİ OLAQ: “AĞ ÖLÜM”ÜN YAŞI CAVANLAŞIR üçün şərhlər bağlıdır
-
16DekDigər Tərtər rayon prokurorluğunun əməkdaşları tərəfindən 2023-ci ilin 1-ci rübündə vətəndaşların yaşayış yerlərində keçiriləcək qəbuluna dair CƏDVƏL üçün şərhlər bağlıdır
S/n Qəbulu aparacaq şəxs Qəbulun keçiriləcəyi yer Tarixi və vaxtı 01.
02.
03.
Prokuror
Əli Qurbanov
Prokurorun böyük köməkçisi
Məhəmməd Mahmudov
Prokurorun köməkçisi
Elmar Ələddinzadə
Səhlabad kəndi
Kəngərli kəndi
Hüsənli kəndi
13.01.2023
saat 11-00 dan
10.02.2023
saat 11-dan
09.03.2023
Saat 11-00-dan
-
16DekDigər Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyasını hər bir Azərbaycan vətəndaşı dəstəkləyir üçün şərhlər bağlıdır
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bu gün həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan hər bir həmvətənlimizin diqqət mərkəzində olan hadisədir.Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Aksiya iştirakçılarının tələbi Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılmalı, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həyata keçirilməsidir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Daha ətraflı »
-
16DekDigər ULU ÖNDƏRİN QAYĞISI İLƏ TƏRTƏR TƏHSİLİ DƏ İNKİŞAF EDİRDİ üçün şərhlər bağlıdır
“…Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.
Heydər Əliyev, Ümummilli Lider
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı artırıldı. Bu, təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Bir təhsil işçisi olaraq mən də bu qayğını ömrüm boyu öz üzərimdə hiss etmişəm.
Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Həmin illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da, o cümlədən bizim Tərtər rayonunda, şəhərin özündə və kəndlərdə yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı. Məhz buna görə də tərtərli gənclər təhsil sahəsində böyük uğurlar qazandılar, professor, akademik elmi adlarına yiyələndilər, respublika ziyalıları sırasında layiqli yer tutdular.
“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.
Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Daha ətraflı » -
16DekŞəhidlər Şəhidlər verən Vətən başını uca tutar, Şəhidlər verən millət hər arzusuna çatar üçün şərhlər bağlıdır
Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının PrezidentiHərbçi olmaq uşaqlıq arzusu idi
Rzayev Ülfət Novruz oğlu əslən Kəlbəcər rayonundandır. Digər həmvətənləri kimi, onun ailəsi də erməni terrorizmi nəticəsində 1993-cü ildə dədə-baba torpaqlarını tərk ediblər. Ailə Tərtər rayonunun Cəmilli kəndində məskunlaşıb, sonradan isə onlara qaçqınlar üçün tikilmiş Yeni Qəsəbədə ev veriblər.
Ülfət 2001-ci il fevralın 11-də Cəmilli kəndində anadan olub. 4 qardaşın ən kiçiyi, həm də ən cəsuru olub. Kəlbəcər 68 saylı tam orta məktəbini bitirib.
Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Ona görə də 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılanda, çox sevinirdi.
O, əsgəri borcunu Xüsusi Təyinatlı Qoşunlarda – “Yaşmada”da keçib. Nümunəvi əsgər kimi komandirlərin və yoldaşlarının hörmətini qazanıb. Bundan sonra isə öz arzusu ilə xüsusi təyinatlılarda xidmətini davam etdirib və oradan da birbaşa cəbhəyə yollanıb. Döyüş yolu Kəlbəcər istiqamətindən başlayıb və Şuşada başa çatıb. Komandirləri, yoldaşları gənc əsgərin şücaətləri barədə ürəkdolusu danışırlar. Deyirlər ki, o, yaralandıqdan sonra da döyüşü dayandırmayıb. Qolunu sarıyaraq, yenidən hücuma keçib. Daha ətraflı » -
16DekŞəhidlər Düşməndən intiqam almaq istəyirdi… üçün şərhlər bağlıdır
Mustafayev Əlizamin Baxış oğlu böyük bir ailənin ən kiçiyidir. Onlar 8 qardaş, 1 bacı olublar.
Ailə əslən Kəlbəcərdəndir, erməni işğalı nəticəsində Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Elə Əlizamin də 21 iyun 1999-cu il tarixdə bu kənddə doğulub. 64 saylı Kəlbəcər kənd tam orta məktəbini bitirib. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə gedib, 2019-cu ildə qayıdıb. Bir müddət kənddə təsərrüfat işləri ilə məşğul olub. Sonra böyük qardaşlarına bildirib ki, yenidən orduda xidmət etmək üçün müraciət edəcək. Üç ay təlim keçdikdən sonra həmlə taborunda çavuş kimi müddətdən artıq hərbi xidmətə başlayıb. Qumbaraatan idi.
Qardaşı Mamed Mustafayev deyir ki, Əlizamin uşaqlıqdan ailənin Kəlbəcər həsrətinə dözə bilmirdi. Həmişə deyirdi ki, atamın öz yurdundan didərgin düşməsinin intiqamını düşməndən alacağam.
Orduya getməmişdən əvvəl isə anasının məzarını ziyarət edib və yaxınlarına tapşırıb ki, əgər şəhid olsam, məni anamın yanında dəfn edin.
Müharibə başlayandan, Əlizamin döyüşlərə qatılıb. Cəsarətli, qoçaq idi.Hər an düşməndən intiqam almaq arzusu ilə vuruşurdu. Daha ətraflı » -
16DekŞəhidlər Dəftərçəsində şəhid bulağı çəkmişdi… üçün şərhlər bağlıdır
Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olub. 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehdiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Fuad hərbi xidmətdə ol-duğu müddətdə də öz biliyi, bacarığı və nümunəvi xidməti ilə fərqlənib.
Vətən müharibəsi zamanı Fuad Məhərrəmli Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
29 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
Deyirlər ki, şəhid olandan sonra onun cibindən kiçik bir dəftərçə çıxıb. Burada 2020-ci il sentyabrın 20-də Fuad özü öz əllərilə şəhid bulağının şəklini çəkmişdi. İndi oxuduğu məktəbin qarşısında onun adına belə bir bulaq tikilib.
Fuad kəşfiyyat bölüyündə xidmət edirdi. Valideynləri Kəlbəcər rayonunun Qamışlı kəndindən məcburi köçkündürlər.
Fuad Məhərrəmli 30 sentyabr 2020-ci ildə Göygöl rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Daha ətraflı » -
16DekŞəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır
Dekabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri
MƏHƏRZADƏ TALEH OQTAY OĞLU
Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
QASIMOV AZƏR YAQUB OĞLU
Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov sağlığında “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, 4 övladı yadigar qalıb.
SABİRLİ ƏJDƏR XANLAR OĞLU
Əjdər Sabirli 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub.
Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 11-da Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Soyulan kəndində dəfn olunub. Daha ətraflı » -
16DekŞəhidlər “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz” üçün şərhlər bağlıdır
Həsənli Zərimxan Rafiq oğlunun ailəsi erməni işğalı nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Əvvəlcə Mingəçevirdə, sonra isə Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıblar. Elə orta məktəbə də Zərimxan bu kənddə gedib. 2019-cu ildə XI sinfi bitirib, 2020-ci ilin yanvarında isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Əvvəl Ağcabədidə, sonra isə Beyləqanda xidmət edib.
Müharibə başlayanda, ailəsi 4 gün Zərimxanla əlaqə saxlaya bilməyib. Sonra anası Afilə xanımla danışıb. Anasının həyəcanla dediyi “özünü qoru!” sözlərinə gülə-gülə cavab verib və sevinə-sevinə bildirib ki, artıq bir neçə kəndimizi düşməndən təmizləmişik.
Oktyabrın 8-də ailəsi ilə son danışığı olub və deyib: “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz”.
Afilə xanım deyir:
–Zərimxan üç övladımızın ortancılıydı. Bir qardaş, iki bacı olublar. Biz həmişə Zərimxanla fəxr etmişik, indi də fəxr edirik. Daha ətraflı » -
16DekŞəhidlər Evin sonbeşiyi üçün şərhlər bağlıdır
Hüseynzadə Elgiz İbrahim oğlu 28.10.2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub, elə doğum tarixində, 29.10.2020-ci ildə 19 yaşında doğma torpağa tapşırılıb.
Ailə Kəlbəcərin Təkəqaya kəndindən məcburi köçkün düşüb. Erməni təcavüzü nəticəsində ev-eşiklərini qoyub Bəyimsarov kəndində məskunlaşıblar. Elgiz bu kənddə anadan olub. Ailədə 5 bacı, 2 qardaş olublar. Evin sonbeşiyi olsa da, uşaqlıqdan daim valideynlərinə kömək etməyə çalışırdı.
O, 64 saylı Kəlbəcər kənd tam orta məktəbinin məzunudur.
Elgiz Hüseynzadə Vətən müharibəsi başlayan zaman Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şücaət göstərib.
Xüsusi təyinatlılarda döyüşürdü. O, oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb, bir müddət nəşi tapılmayıb, oktyabrın 29-da dünyaya göz açdığı Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elgiz Hüseynzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabından


Yeni ismarıclar