Bu vəhşilik unudulmayacaq
Əsədov Sabit Usub oğlu 1981-ci ilin iyul ayının 27-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
Uzun illər qaçqın-köçkün həyatı yaşayıblar. Son illərdə isə Şıxarxda tikilmiş yeni qəsəbədə ailəsinə 3 otaqlı mənzil veriblər. Şəraitləri, dolanışıqları yaxşılaşsa da, ürəyindəki yurd nisgili zərrə qədər azalmamışdı.
Qardaşı İsgəndər Əsədovun dediklərindən: “Müharibənin 3-cü günü idi. Mən işdəydim. Ermənilər yaşayış məntəqələrimizi güclü atəşə tuturdular. Qardaşımdan çox nigaran idim. Bilirdim ki, qəsəbədən heç yerə getmir.
Mən də qəsəbəyə yollandım. Sabitlə görüşüb, ehtiyatlı olmağı xahiş etdim. Dedim, özünü qoru, üç övladın var”.
Lakin Sabit evindən uzaqlaşmaq istəməyib. Qardaşı İsgəndər günün ikinci yarısında yenidən qəsəbəyə gələndə, qazanxananın yanına mərmi düşdüyünü görüb. Qəlpələr ətrafa yayılıb, bir neçə nəfəri yaralamışdı. Onlardan biri də Sabit idi.
Sabiti Bərdə mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək müm-kün olmayıb. O, sentyabrın 29-da Bərdə rayonunun Cə-yirli kəndində dəfn olunub.
Sabit Əsədovun həyat yoldaşı Səadət xanım bu gün 3 övladını atasız böyüdür. Tacirin, Fidanın, Nurcanın atalı, xoşbəxt günlərini erməni cəlladları əllərindən alıblar. Təkcə bu ailə deyil, bütün xalqımız günahsız insanların qanını tökən erməni cəlladlarının vəhşiliyini heç zaman unutmayacaq.
Sadə, zəhmətkeş insan olan Sabit Əsədovun xatirəsi qəlblərdə yaşayacaq.
Svetlana Bağırovanın
“Tərtərin tarix yazan oğulları” kitabından






Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.

31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü nəinki ölkəmizdə, dünyada geniş şəkildə qeyd olunur. Bu, xalqımızın ən sevimli bayramlarından biridir. Ümummilli Lider Heydər Əliyev bu barədə deyib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni il ərəfəsində Tərtər rayonunda Vətən Müharibəsinin 50 şəhid ailəsinə ərzaq yardımı edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəs ilə görüşüb,onların qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.
Yeni ismarıclar