Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə regionların ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı və ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. Rayonumuzun təhsil sektorundan 262 nəfər müəllim həmin sertifikasiyaya cəlb olunmuşdu. Onlardan 53 nəfər 50 baldan yüksək nəticə əldə edib. Bununla əlaqədar Tərtər rayon Təhsil sektorunun rəhbəri Oqtay Sarıkişiyevlə əlaqə saxladıq. Bildirdi ki, müəllimlərimiz region məktəbləri arasında yüksək nəticəyə nail olaraq fərqləniblər.
Həmin müəllimlərdən bir neçəsinin təəssüratlarını oxucularımıza təqdim edirik.
Özümə güvənirdim
Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
Yüksək bal toplayan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Vüsalə BALAKİŞİYEVA,
Köçərli kənd tam orta
məktəbində ibtidai sinif müəllimi
İmtahanın təşkili çox gözəl idi
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
İmtahanla bağlı fikirlərim, təəssüratlarım çox yüksəkdir. Ümumiyyətlə, imtahanın təşkili çox gözəl idi. Müəllimlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdü.
Mən 1984-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam. Hazırda Tərtər şəhərində yaşayıram. Orta təhsilimi Kəngərli kənd tam orta məktəbində almışam. 2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm. Daha ətraflı »


Talıb Məmmədli (Həsən oğlu) hələ ki, yalnız bir kitabın –“Dünya, məni əyləndirmə, düşündür” kitabının müəllifidir. Onun imzasına tez-tez qəzetimizin səhifələrində də rast gəlmək olar. Uzun illərdir ki, rayon qəzeti ilə sıx əlaqə saxlayır. İlk şeirləri də elə əvvəlcə “Qızıl bayraq”da, sonra “Tərtər”də və nəhayət, “Yeni Tərtər”- də dərc olunub. Talıb Məmmədlinin şeirləri həmçinin “Avrasiya Antologiyasında”, “Azad Qələm”, “Sözün sehri” və Zərdab rayon “Əkinçi” qəzetində çap olunub. Özünün dediyi kimi, poeziyaya bu cür vurğunluğu da onda elə bizim rayon qəzeti yaradıb. Vaxtilə redaksiyanın nəzdində fəaliyyət göstərən “Tərtərin səsi” poeziya klubunun yığıncaqlarında gözəl şairlərimizi dinləyə-dinləyə püxtələşib, şeirə olan həvəsi sonsuz sevgiyə, ömürlük bağlılığa çevrilib. Ürəyinin dərinliyində olan hissləri şeirlə bölüşüb, unudulmaz misralara çevirib.
Bəşəriyyət yaranandan bu günədək su insan həyatının ayrılmaz hissəsi olmuşdur. Təsadüfi deyil ki, suyun insan həyatındakı əhəmiyyəti qədim inanclarda, müqəddəs kitablarda, mədəniyyət və incəsənət əsərlərində yetərincə əksini tapmışdır. Su təbiətdə ən çox yayılmış maddə olsa da, suyun əldə edilməsi və ondan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olaraq qalmaqdadır.
Rayonumuzda vətəndaşların, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Rayon rəhbərinin keçiridyi qəbullar zamanı irəli sürülən rəy və təkliflər, müraciətlər xüsusi nəzarətə götürülür və bunların əsasında təxirəsalınmaz tədbirlər görülür.
Bu isti yay günlərində şagird və müəllimlər istirahət edir, növbəti dərs ili üçün qüvvə toplayırlar. Məktəblərdə isə yeni dərs ilinə hazırlıq işlərinə start verilib.
Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, ilin ilk altı ayı səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
Həmyerlimiz, gənc idmançı Murad Allahverdiyevin Polşada keçirilən III Avropa Oyunlarında qazandığı parlaq qələbə haqqında xəbəri tərtərlilər böyük sevinc hissi ilə qarşılayıblar. Belə ki, Murad dörddə bir final mərhələsində Ermənistandan olan boksçu Ambarsum Okopyana qalib gələrək, həm bürünc medal qazanıb, həm də “Paris-2024” Yay Olimpiadasına vəsiqə alıb.
Yeni ismarıclar