Vətənə qüsursuz xidmət edən igid
44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, ölüm-qalım savaşında şücaətlə döyüşən igidlərimizdən biri də Elşad Orucovdur. O, ölümdən dönənlərdəndir. Bu günlərdə redaksiyada Elşadla görüşüb döyüş yolu barədə söhbət etdik. Öyrəndim ki, cəsur döyüşçü 1985-ci il 19 apreldə Zolgəran kəndində anadan olub. Orta təhsilini Zolgəran ümumi və Söylən kənd tam orta məktəblərində alıb. 2023-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Xızı rayonunun Yasma qəsəbəsində keçib. Kiçik çavuş rütbəsi ilə xidmətini başa vurub. Sonra 4 il sürücü işləyib. Müddətdən artıq xidmət etmək məqsədi ilə 2007-ci ildə Qaraheybət təlim-tədris mərkəzində 3 ay kurs keçib. 2008-ci ilin yanvar ayından piyada komandasında manqa komandiri kimi müddətdən artıq xidmətə başlayıb. Onun xidmət fəaliyyəti Tərtər, Xızı, Gəncə, Göranboy, Mingəçevir, Ağdam hərbi hissələrində keçib. Aprel döyüş-lərində Seysulan istiqamətində düşmən postunda 2 gün mühasirədə qalıb. Atəşkəs elan olunduqdan sonra mühasirədən çıxmağa müvəffəq olub. Müddətdən artıq xidməti zamanı zabit heyətinin tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıb. Ona görə də Elşadın bu xidməti diqqətdən yayınmayıb. Dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılıb. ”Qüsursuz xidmətlərə görə” medalı isə Elşadı daha da yaxşı xidmət etməyə ruhlandırıb.
2020-ci il sentyabrın 27-də müharibə başlayanda Elşadın bölüyü Gülüstan istiqamətindən döyüşə qatılıb. Talış, Suqovuşan istiqamətində aparılan döyüşlərdə onun manqası əsil qəhrəmanlıqlar göstərib. Gündən-günə Ordumuz irəli getdikcə, düşmənin işğal etdiyi torpaqlar oba-oba, el-el azad olunduqca hərbçilərimizin qüruru artırdı. Döyüşlərin uğurla başa çatması hər kəsə aydın idi. Daha ətraflı »


Bir əsr yarım öncə mütəfəkkirlərimizin zəkasında parlayan qığılcımlar çox çəkmədi ki, nura-işığa çevrildi. İlk olaraq 1875-ci il 22 iyul tarixində böyük və ziyalı şəxsiyyət – Həsən bəy Zərdabinin sayəsində zəhmət, əmək və bərəkət simvollu “Əkinçi” ərsəyə gəldi.
Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxış edib.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.
Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.
Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətimizin həyatında tam hüquqlu üzv kimi iştirak etməsi üçün dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər deyirdi: ”Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq.”
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə rayon icra hakimiyəti başçısının birinci müavini Elvin Umudov, rabitə və telekommunikasiya qovşağının işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Yeni ismarıclar