Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    İŞIĞI ƏKS ETDİRƏN KAĞIZ

    Bir əsr yarım öncə mütəfəkkirlərimizin zəkasında parlayan qığılcımlar çox çəkmədi ki, nura-işığa çevrildi. İlk olaraq 1875-ci il 22 iyul tarixində böyük və ziyalı şəxsiyyət – Həsən bəy Zərdabinin sayəsində zəhmət, əmək və bərəkət simvollu “Əkinçi” ərsəyə gəldi.
    Görkəmli ictimai xadimlərin, qələm adamlarıının aydın ziyasını əks edən bu qəzet o dövrə qədər olan kitabların məramına davamçı olaraq kağızı adilikdən mühüm bir vasitəyə döndərdi. Bu gün “Əkinçi”nin “nəvə-nəticələri” – qəzet və jurnallar sayagəlməz qədərdir.
    Onları “mətbuat ordusu” da adlandırmaq olar.
    Bu nəvələrin biri də Qəhrəman Tərtərin yerli mətbuat orqanı– 90 yaşın astanasında olan “Yeni Tərtər” qəzetidir.
    Əlli ildən artıqdır ki, Tərtər rayon qəzeti mənim “həmsöhbətimdir”. Müntəzəm olaraq hər sahədən bəhs eləyən bu qəzet mənə çox-çox əmək adamlarını, elm adamlarını, qeyri-adi istedad sahiblərini, maraqlı şairləri tanıtmaqla yanaşı dünya olaylarından da məni xəbərdar edir. 1987-ci il 27 noyabr tarixdən etibarən mənim də şeirlərimi dəfələrlə oxucularına təqdim etmişdir.
    İctimaiyyəti daim diqqətində saxlayaraq təbriklərlə sevincimizə, nekroloqlarla kədərimizə şərik olan 90 yaşlı “nəvəni” dünyagörmüş müdriklərə bərabər–ağsaqqal cavan və ya cavan ağsaqqal simada təsəvvür edirəm.
    Hazırda bu qəzet ölkə hüdudlarını aşaraq internet vasitəsi ilə uzaq-uzaq diyarlarda oxucuların diqqətini cəlb etməkdədir.
    Sanıram ki, bu qəzeti oxuyarkən tanıdığım və tanımadığım insanların ürəklərini oxuyuram. Yəni, demək istəyirəm ki:
    Sevinci, kədəri açıq göstərir,
    Qəzetlər qəlblərin güzgüləridir.
    Ürəkdən qəzetə köçən sətirlər
    Kardioqramma cizgiləridir.
    Aydın zəkaların, dərin fikirlərin işığını əks edən kağıza əbədi fəaliyyət arzulayıram.
    Yerli qəzetimizin 90 yaşı münasibəti ilə bütün oxucuları və Tərtər ictimaiyyətini, xüsusilə qəzetin hasilə gəlməsində zəhməti olan kollektivi təbrik edirəm.

    Talıb MƏMMƏDLİ,
    oxucu

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.