Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.
Prezident İlham Əliyev həmin gün Xankəndi stadionunda çıxış edib.
Bildirilib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib.
İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər.
Prezident İlham Əliyev deyib ki, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.
Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.
30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi.
Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Daha ətraflı »


15 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev Xankəndi şəhərindəki çıxışında deyib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr–Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.
Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
Qəfil ölüm daha bir iş yoldaşımızı aramızdan apardı. O, redaksiyamıza 1974-cü ildə orta məktəbi bitirdikdən sonra gəlmişdi. Əvvəlcə rayon qəzeti mətbəəsində, sonra redaksiyanın özündə müxtəlif vəzifələrdə çalışmışdı. 1986-cı il tarixdən 1990-cı ilə qədər rayon XDS İcraiyyə Komitəsində Həddi-büluğa çatmamışların işləri üzrə komissiyanın məsul katibi, 15 iyul 1994-cü il tarixdən 10 iyun 1995-ci il tarixə kimi “Tərtər” qəzetinin redaksiyasında korrektor, 1995-ci ildən 2006-cı ilə kimi Tərtər taxıl qəbulu müəssisəsində kadrlar üzrə böyük inspektor, 2006-cı ildən 2007-ci ilə kimi CTS AQRO MMC-nin Tərtər pambıq qəbulu məntəqəsində mühasib vəzifələrində işləmişdi.
Yeni ismarıclar