Daha bir il başa çatır. Adətən ilin sonunda hər kəs görülən işləri nəzərdən keçirir, gələcək vəzifəlri planlaşdırır.
Qeyd etmək istəyirəm ki, çətinliklərə baxmayaraq, ötən mövsüm mənim üçün uğurlu oldu. 4 hektar sahədə pambıq becərmişdim. MKT “İstehsal Kommersiya” MMC ilə müqavilə bağlamışdım. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirərək, bol məhsul yetişdirilməsinə nail oldum. Hər hektarın məhsuldarlığı 45.5 sentner oldu.
Yaxşı deyiblər ki, əkinçinin istirahəti olmur. Torpağa ilboyu qayğı göstərməlisən ki, o da sənə borclu qalmasın. İndi növbəti ilin məhsulu barədə düşünürük.
Yenə də bu qiymətli məhsulu əkməyi planlaşdırmışam. Pambığın satışından əldə olunan gəlir və dövlətin verdiyi subsidiya ailə büdcəmizi möhkəmləndirir.
Müşfiq Axundov,
Qazyan kəndi