Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Daha ətraflı »
-
10İynDigər TÜRKİYƏ İLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR DAVAMLI YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
-
08İynDigər HƏYATA KEÇİRİLƏN UĞURLU İSLAHATLAR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN QLOBAL MİQYASDA SÜRƏTLİ İQTİSADİ ARTIM TEMPİNƏ MALİK ÖLKƏLƏR SIRASINA DAXİL OLUB üçün şərhlər bağlıdır
Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.
Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub.
Ümumiyyətlə bu bir faktdır ki, iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Daha ətraflı »
-
04İynDigər AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ QLOBAL ÇAĞIRIŞLARLA ÇIXIŞ EDƏN NADİR ÖLKƏLƏRDƏNDİR üçün şərhlər bağlıdır
31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.
Prezident öz çıxışında pandemiyanın ilk günlərindən əhaliyə mənfi təsir elementlərinin minimuma endirilməsi məqsədilə ciddi tədbirlərin görüldüyü, o cümlədən qısa vaxt ərzində 13 modul tipli və 1 daimi xəstəxananın tikilib istifadəyə verildiyini bildirdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xəstəliyə qarşı mübarizə üçün təyin olunmuş xəstəxanalarda çarpayının sayı 10 mindən artıqdır. Daha ətraflı »
-
31MayTəhsil TÜRKİYƏ İLƏ BÜTÜN BAŞQA SAHƏLƏRDƏ OLDUĞU KİMİ,TƏHSİL SAHƏSİNDƏ DƏ ƏMƏKDAŞLIQ SÜRƏTLƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
Mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.
Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir. İki ölkə arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. Ölkələrimiz arasında münasibətlər hər sahədə inkişaf edib. İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.
Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə İkinci Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir.Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaqdır.
-
31MaySosial AGDAM ŞƏHƏRİNİN İNFRASTRUKTURU TAMAMİLƏ BƏRPA OLUNACAQ üçün şərhlər bağlıdır
28 May 2021- ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev Ağdam şəhərinə səfər etmişdir. Dövlət başçısının səfəri zamanı etdiyi çıxışlarında işğaldan azad olunmuş bütün ərazilərin Baş plan əsasında bərpa olunacağı qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.Həmçinin, Ağdam rayonunun tanınmış şəxslərinin də Baş Planla tanış olacağı və onların təkliflərinin də nəzərə alınacağı qeyd edilmişdir.
Ölkə rəhbərinin səfəri zamanı Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Eyni zamanda Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam Daha ətraflı »
-
31MayTərtər RİH-də İCRA BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Vətəndaşların müraciətlərinin rayon rəhbərliyi tərəfindən vaxtaşırı dinlənilməsi ənənə halını alıb. Burada hər kəs öz qayğılarından və problemlərindən açıq danışa bilir, öz dərdlərini deyir. İcra Hakimiyyətinin başçısı onları səbrlə dinləyir və hər kəsə kömək etməyə çalışır. Bu gün də belə oldu.Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, vətəndaşların şəxsi əmlakına dəymiş ziyanla bağlı dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi və digər problemlərlə əlaqədar müraciət ediblər.
Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda olan rayon sakinləri müraciətlərinin dinlənilməsindən razı qaldıqlarını bildiriblər. -
31MayXəbərlər ŞƏHİDİN DƏFNİ üçün şərhlər bağlıdır
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, 1993-cü il təvəllüdlü Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu Kəngərli kəndində torpağa tapşırıldı.
Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
Mərasimdə rayon rəhbəri bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı.
Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının Daha ətraflı » -
31MayXəbərlər SUQOVUŞANA ELEKTRİK ENERJİSİ VERİLDİ üçün şərhlər bağlıdır
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
İşğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, Daha ətraflı » -
31MayKənd təsərrüfatı İPƏKQURDUNUN BƏSLƏNİLMƏSİ BARƏDƏ MƏLUMATLANDIRMA üçün şərhlər bağlıdır
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
Təlim zamanı Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mütəxəssisləri Süleyman Məmmədov və Flora Ələsgərova kümçülərin həyata keçirməsi gərəkən aqrotexniki tədbirlər haqqında öz təcrübələrini bölüşüblər. Tut ipəkqurdlarından bol məhsul əldə etmək üçün, onların bəslənməsi, saxlanma şəraiti qarşılıqlı diskusiya şəklində müzakirə olunub. Kümçüləri maraqlandıran suallar cavablandırılıb. -
31MayDigər UŞAQLARI MÜDAFİƏ EDƏK üçün şərhlər bağlıdır
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Daha ətraflı »
Yeni ismarıclar