10Dek
“QİSMƏTDƏN QAÇMAQ OLMAZ”

Bu gəlimli-gedimli dünyada hər kəsin bir qismət payı var. Və bu qismət payının necəliyini əvvəlcədən bilmək mümkün deyil. Buna “alın yazısı” da deyirlər, tale də. Həyatda qismətin nədirsə, onu görəcəksən – acısını da, şirinini də.
Bir məsəl də var: “İnsanın əvvəli gəlincə, axırı gəlsin”. Yəni ömrün əvvəlini şad-xürrəm keçirib, sonunu əzablar içində yaşamaqdansa, əvvəldə əziyyət çək, sonda firavan yaşa. Bir məsəl də var: “Qismətdən qaçmaq olmaz”. Xülasə, taleyin qisməti sirri-billahdır, yəni bizdən asılı deyil.
Rəşad da bilmirdi ki, onu taleyi hara aparacaq, qisməti nə olacaq. Amma arzuları və istəkləri üçün həmişə mübarizə aparırdı. Daha ətraflı »
10Dek
Bu səhər böyük şair Tofiq Yusifin ölüm xəbəri gəldi.
Sarsıldım, dünya gözlərimdə qaraldı.
Dəfnində iştirak etdim, son borc olaraq tabutuna çiyin verdim.
Azərbaycan ədəbiyyatı Tofiq Yusifin timsalında ikinci Məmməd Arazını itirdi. “Yeni Tərtər” yetim qaldı.
Çağdaş poeziyamızın Səməndər quşu idi.
“Allah vergisiydi şair ilhamı”.
Ömrünün payızını yaşayırdı. Elə payızın son günündə də (30.11.2021 saat 12-50 də) çox sevdiyi Ana torpağa üz qoydu.
Böyük şair idi. İki oğul dağından manşırlanmış sinəsi poeziya vulkanlarına meydan,dərdlərdən sıralanmış Tanrı Dağlarına məkan idi.
Bir-birindən gözəl əsərlər müəllifiydi. Amma təkcə elə “Ömrümun payızı” şeirlər kitabı ona Azərbaycan ədəbiyyatının klassikləri şəcərəsində layiqli Daha ətraflı »
10Dek
Mən 2018-ci ilin iyun ayının 6-da Tofiq Yusifin ən yaxın dostu Vaqif İsa oğlunun məsləhəti ilə yazılarımı götürüb Tərtər qəzetinin redaksiyasına getdim. Burada kollektivin çox isti münasibəti ilə rastlaşdım və adını tez-tez eşitdiyim Tərtərimizin tanınmış ziyalısı, eloğlu Tofiq Yusiflə tanış oldum. O, İrəvanlı kəndinin tarixi ilə bağlı yazım ilə tanış oldu və dedi: “Tərtərin kəndlərinin tarixi ilə bağlı bizə dəqiq məlumatlar lazımdır, əgər belə yazıların olsa gətir çap etdirək”. Tofiq müəllimin bu sözləri sanki mənə qol-qanad verdi və yenidən yaradıcılıqla məşğul olmağım üçün stimul oldu.
Bu dərin hikmət sahibinin böyük yaradıcılığından yazmaq mənə düşməz. Lakin Tofiq müəllim kimi qayğıkeş insan haqqında qəlbimdən gələn səmimiyyəti qələmə almaya bilmərəm. Həqiqətin işığında özünü şam kimi əridən və həm də işinin məsuliyyətini çiynində daşıyan, qızıl qələmli Tofiq müəllim üçün mənim kimi xoş sözlər söyləmək istəyən çox insanlar tapmaq olar. Onu tanıdığım bu 4 il ərzində Tərtər qəzetinin redaksiyasına nə vaxt getsəm, Daha ətraflı »
10Dek
Tərtər Rayon içtimaiyyətinə və mətbuatına ağır itki üz verib. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Tərəqqi” medallı dövlət mükafatçısı, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, 8 kitabın, çoxlu sayda publisist və tənqidi məqalənin müəllifi, “Yeni Tərtər” qəzetinin baş redaktoru, Tərtər Bələdiyyəsinin üzvü, “Tərtərin səsi” ədəbi birliyinin sədri, Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Tərtər Rayon təşkilatının üzvü Tofiq Yusif – (Hüseynov Tofiq Yusif oğlu) 2021-ci il noyabrın 29-da 71 yaşında vəfat edib.
Tofiq Yusif 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. O, 1957-1960-cı illərdə Xoruzlu kənd məktəbində ibtidai sinfi, Dərələyəz mahalının Qovuşuq kənd məktəbində isə orta məktəbi medalla bitirib. 1967-1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mühəndis-elektrik fakültəsini bitirib. 1981-1983-cü illərdə Marksizm-Leninizm Universitetinin fəlsəfə şöbəsində oxuyaraq siyasi ali təhsil alıb.
Tofiq Yusif ilk əmək fəaliyyətinə 1967-ci ildə Tərtər rayonunun yerli radio verilişləri redaksiyasında təşkilatçı-muxbir vəzifəsi ilə başlayıb.1970-1975-ci illərdə müəllim işləyib. 1977-1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. 1991-1993-cü illərdə respublikanın “Salam”, 1996-1997-ci illərdə “Fədai” qəzetində çalışıb. 1990-cı ildən “Əmək Veteranı”dır. Daha ətraflı »
30Noy


1 İl ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır;
Hazırda 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır;
Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib; Daha ətraflı »
30Noy
Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.
Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin Daha ətraflı »
29Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
29Noy
Tərtərdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin Daha ətraflı »
29Noy



Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonun idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bü-tövlüyü və müstəqilliyi uğ-runda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şanlı tarixi, YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi möhtəşəm fəaliyyəti özündə əks etdirən geniş Daha ətraflı »
29Noy
Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
BMT-nin məlumatına əsa-sən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Daha ətraflı »
Yeni ismarıclar