Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonun idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bü-tövlüyü və müstəqilliyi uğ-runda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şanlı tarixi, YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi möhtəşəm fəaliyyəti özündə əks etdirən geniş məruzə ilə çıxış edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbir iştirakçılarını həm YAP-ın yaranmasının 29-cu ildönümü, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əli-yevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, YAP Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ümumxalq partiyasına çevrilib. Biz bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü tarixi torpaqlarımızın işğaldan azad olunmasının qüruru ilə qeyd edirik. Əminik ki, möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasının uğurları davamlı olacaq.
Rayon Gənclər və İdman İdarəsinin rəisi, ərazi partiya təşkilat sədri Emin Pənahov, Seydimli kənd ərazi partiya təşkilatının sədri Hicran Hüseynova, Mərkəzi Rayon Xəstəxanasının həkimi Pərvanə Xuduyeva və Mamırlı kənd tam orta məktəbinin müəllimi Səbuhi Kərimov çıxış edərək öz sıralarında 760 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən ətraflı bəhs ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə, YAP-ın 29-cu ildönümü ilə əlaqədar keçirilən Şahmat yarışının qaliblərinə rayon təşkilatının Fəxri fərmanı və hədiyyələri verilib, partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.