Keçən həftə od çərşənbəsini qeyd etdik. Təəssüf ki, həmişəki kimi tonqallar qalansa da, baharın gəlişinin sevincinə bir kədər də qatılmışdı. Axı, yenə də dünya çalxalanır, Ukraynada günahsız insanlar, körpələr qətlə yetirilir. Yer kürəsinin gözəl şəhərlərindən olan Kiyev, Xarkov, Odessada dəhşətli hadisələr yaşanır, nəninki hərbi, eləcə də mülki yaşayış binaları, xəstəxanalar aviasiya tərəfindən bombalanır.
İnsanlar sığınacaqlarda, metrolarda körpə uşaqlarla birlikdə bu dəhşətlərin nə zaman bitəcəyini gözləyirlər. Hamilə qadınlar öz körpələrini sığınacaqlarda dünyaya gətirirlər. Təhlükəsiz yerə çıxmaq imkanı olmayan, yeriyə bilməyən qocalar, xəstələr həyəcan siqnallarının səsindən huşunu itirirlər.
Müharibə haqqında çoxdan söhbət getsə də, heç kim belə bir qardaş qırğınına yol veriləcəyinə inanmırdı. Ona görə də evlərdəki ərzaq ehtiyatı tükənir, küçələrə isə çıxmaq mümkün deyil. İnsanların isə yadına heç nə düşmür, yalnız sülh və əmin-amanlıq istəyirlər. Daha ətraflı »
-
05MarDigər UKRAYNA XALQINA SÜLH ARZULAYIRIQ! üçün şərhlər bağlıdır
-
01MarDigər Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, habelə sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çinlə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən «Şanxay beşliyi» adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandi. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə birgə saziş imzalandı. Sənədlər sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu. Daha ətraflı »
-
01MarDigər Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir üçün şərhlər bağlıdır
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksəksəviyyəli tematik müzakirələrdə iştirak edib.
Toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.
Bu gün COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.
BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi cənab Prezident İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir. Daha ətraflı »
-
28FevDigər Tərtər rayonunda vətəndaşların səyyar qəbullarına 2022-ci ilin mart ayından yenidən start verilir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı vətəndaş amilinin xüsusi vurğulanması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman vətəndaş-məmur münasibətləri barədə söylədiyi fikirlər, məmurlara, daim xalqın içində olmaları və vətəndaş müraciətlərinə həssas yanaşılması haqda verdiyi tapşırıq və tövsiyələr, xüsusən də, sakinlərlə yerlərdə müntəzəm görüşlərin təşkili, vətəndaşların sosial qayğılarının yerlərdə dinlənilməsi və müraciətlərin operativ həlli istiqamətlərində əməli tədbirlərin görülməsi onu göstərir ki, vətəndaş amili cənab Prezidentimizin dövlət siyasətinin əsasını təşkil edir.
COVID-19 (koronavirus) infeksiyasının yayılması səbəbindən artıq 2 ildən çoxdur ki, yerlərdə keçirilən səyyar görüşlər qismən dayandırılmışdı. Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə, əhalinin sağlamlığının və vətəndaş təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə, cənab Prezident tərəfindən verilmiş ciddi tapşırıqlara uyğun olaraq, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, əhali arasında vaksinasiya işlərinin aparılması və COVID-19 infeksiyasının yayılma təhlükəsinin və vətəndaşlar arasında yoluxma hallarının azalması, bu sahədə müsbət dinamikanın müşahidə olunması yerlərdə səyyar qəbulların yenidən keçirilməsinə şərait yaradır.
Xüsusi karantin rejiminin tələb və tövsiyələri, xüsusən də vətəndaşların peyvənd olunması ilə bağlı müvafiq (covid-19) passportu nəzərə alınmaqla, 2022-ci ilin mart ayından etibarən səyyar qəbullar-görüşlər yenidən bərpa olunacaq.2022-ci ilin mart ayında rayon icra hakimiyyəti başçısının keçirəcəyi səyyar qəbulların
Qrafiki
S/s Qəbulun keçirilmə tarixi Qəbulun keçiriləcəyi ərazinin adı Qəbulun keçiriləcəyi yer 1 04 mart 2022-ci il saat 15:00
Borsunlu kəndi
Borsunlu kənd tam orta məktəbi
2 11 mart 2022-ci il saat 1500
Bəyimsarov kəndi
Bəyimsarov kənd tam orta məktəbi
3 18 mart 2022-ci il saat 1500
Hüsənli kəndi
Hüsənli kənd tam orta məktəbi
4 30 mart 2022-ci il saat 1500
Köçərli kəndi
Köçərli kənd tam orta məktəbi
-
28FevXəbərlər XOCALI SOYQIRIMI HEÇ ZAMAN UNUDULMAYACAQ! üçün şərhlər bağlıdır
Faciə qurbanlarının əziz xatirəsi yad olunub
Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət ediblər. Faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra uşaqların faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir şəkildə xocalıların fəryadı, harayı əks olunub. Şükürlər olsun ki, bu gün, Böyük Qələbəmizdən sonra şəhidlərin ruhu rahatdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onların intiqamını alıb. Daha ətraflı » -
28FevXəbərlər Xocalı sakinləri ilə görüş üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatında rayonumuzda müvəqqəti məskunlaşmış 18 Xocalı ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı xocalılarla səmimi söhbət zamanı bildirib ki, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılması Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olan məsələdir.
Rayon rəhbəri bildirib ki, əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq. Biz iki ildir Xocalı hadisələrini qeyd edərkən, təskinlik də tapırıq. Çünki Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz cinayətkarların cavabını döyüş meydanlarında verdi, qisas qiyamətə qalmadı, şanlı Zəfər gününü yaşadıq.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, Xocalı faciəsindən danışıb, Ulu Tanrıdan şəhidlərə rəhmət diləyiblər. Xocalılar Vətən müharibəsində qazanılan Qələbəyə və onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. -
28FevXəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini içtimaiyyətə təqdim olunub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Umudov Elvin Natiq oğlu Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Elvin Umudov 2010-cu ildən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Mülki Müdafiə Qərargahının inspektoru kimi iş fəaliyyətinə başlayıb. Sonradan rayon icra hakimiyyəti başçısının köməkçisi, rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçı rəhbəri vəzifələrində çalışıb.
Təyinatla bağlı rayon icra hakimiyyətində Elvin Umudovun təq-dimat mərasimi keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını sərəncamla tanış edib, Elvin Umudova fəaliyyətində uğurlar diləyib. Daha ətraflı » -
28FevXəbərlər “Zülmətdən işığa”adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib üçün şərhlər bağlıdır
Rayon Mədəniyyət Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zülmətdən işığa” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədovun, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin qatıldığı anım tədbirində Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müstəqim Məmmədov və İlyas Hacıyev Xocalı soyqırımı haqqında məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz nəticəsində Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Daha ətraflı » -
28FevXəbərlər Rayon rəhbərinin qəbulu üçün şərhlər bağlıdır
Şəhid ailələri və qazilərin sosial müdafiəsi diqqət məkəzindədir
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Cəmilli kəndinin sakini, 21 yaşlı “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullazadə və rayonun Mamırlı kəndinin sakini “Azərbaycan Bayrağı” ordenli Elnur Salahovu qəbul edib, onların qayğıları, problemləri ilə maraqlanıb.
Qəbul zamanı icra başçısı şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsi ilə həyata keçirdiyi tədbirlər, şəhid və qazi ailələrinə həssas münasibət hər kəsə mükəmməl örnəkdir.
Sonra Müstəqim Məmmədov Azər Abdullazadəyə ad günü münasibəti ilə hədiyyə təqdim edib.
Hər iki qazi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib. -
28FevXəbərlər Ümidlə gəldilər, razı qayıtdılar üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti qəbuluna gələnlərin arasında şəhid ailələri və qazilər də vardı. Ənənəyə uyğun olaraq, rayon rəhbəri ilk növbədə onları qəbul edərək, hər birinin problemini ayrı-ayrılıqda ətraflı öyrəndi.
İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bəzi məsələlər elə yerindəcə öz həllini tapdı. Digərlərinin isə araşdırılaraq həll olunması məqsədilə müvafiq tapşırıqlar verildi.
Yalnız şəhid və qazi ailələri deyil, digər vətəndaşlar da qəbuldan razı qaldılar. Onlar bildirdilər ki, həmişə rayon rəhbərinə inam və ümidlə müraciət edirlər.
Qəbul zamanı Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən vətəndaşlara vakant iş yerləri barədə məlumat verildi.
Qəbula gələnlər ölkəmizdə həyata keçirilən islahatlara və şəffaflıq mühitinin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitseprezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Yeni ismarıclar