Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, habelə sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çinlə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən «Şanxay beşliyi» adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandi. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə birgə saziş imzalandı. Sənədlər sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müəyyən mənada artıq başlanıb. Artıq neçə ildir ki, dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Azərbaycan bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət edib.
Görüşdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxınlaşma planlarının olub-olmadığı barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur, Rusiya ilə Azərbaycanın müttəfiqlik münasibətləri barədə 22 fevral 2022-ci il bəyannaməsinin iki bəndi zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə dəlalət edir: “Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistanla sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik”.
Hazırda qardaş Türkiyənin xarici siyasətinin istiqamətləri bütün qitələri əhatə edir. Bu istiqamətlərin məqsəd və mahiyyətini şərti olaraq dörd hissəyə bölə bilərik. Birinci hissəyə Türkiyənin milli təhlükəsizliyi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı və türk dünyasının birliyi məsələləri daxildir. Qafqaz regionu, Orta Asiya, Yaxın Şərq və Aralıq dənizi bölgəsinə aid olan bütün proseslər bu hissəyə daxildir. Xarici siyasətin digər mərhələlərindəki proseslərin hər biri məhz buradan qidalanır. Xarici siyasətini qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirən Türkiyənin əsaslandığı sülh, tərəfdaşlıq, qarşılıqlı səmərəli maraqların qorunması prinsipləri aşağıdakılardır.
Şuşa Bəyannaməsi əsasında Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Türkiyəni Qafqazdakı sülh və inkişaf proseslərində əsas aktorlardan birinə çevirib. Suriya, Liviya və Qətərdə hərbi mövcudluğunu qoruyan Türkiyə bununla milli dövlətçilik təhlükəsizliyinə, eləcə də sərhəd toxunulmazlığına qarşı əsaslı müqavimət bazası yaradıb. Türkiyənin tərəfdaşlarının sayının sürətlə çoxalması onun çoxəsrlik rəqiblərini kəskin qıcıqlandırsa da, rəsmi Ankaranın şərtləri ilə hesablaşmaq zərurəti yaradıb. Ən azı ona görə ki, diktə olunan şərtlər real gücə əsaslanır. Bu gücün təməlində enerji resursları, sərmayə axını və zəruri ixracat dayanır.