Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Mar

     

    Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksəksəviyyəli tematik müzakirələrdə iştirak edib.

    Toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

    Bu gün COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.

    BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi cənab Prezident İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir.

    Məlumdur ki, Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölkələr də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər.

    Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir. Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur.

    Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövr qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

    Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərib.

    COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.

    Möhtərəm Prezidentimiz İlham Əliyev bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.

     

     

    Müəllif: Redaktor, 08:42

İsmarıclar bağlıdır.