Ta qədimdən böyük sözünü, ağsaqqal, agbirçəklərimizin öyüdünü eşitmək, onların xeyir-duası ilə yaşamaq, işləmək bir ənənəyə çevrilib. Böyüklərin məsləhəti ilə gördüyümüz işdən xeyir tapanda özümüz də sevinmişik, böyüklərimiz də fərəhləniblər. Belə böyüklərimizdən biri də hamımızın ağsaqqalı, böyüyü sandığımız Məhyəddin Kərimovdur. O, ağıllı kəlamları ilə həm ailədə, həm də camaat arasında özünə hörmət qazanan ağsaqqallarımızdandır. Bu günlərdə sosial şəbəkələrin birində nəvəsi Səbuhi Kərimovun köməkliyi ilə bir neçə müdrik fikirləri yayımlanmışdı.: “ Birinci Al-lahı tanı, ikinci ata-ananı, üçüncü sənə elm, bilik verən müəllimi, dördüncü yer üzünün hökümətini – yəni dövlət başçısını, rəhbəri tanı”. Sonra deyir ki, “qaçağın evi, qumarbazın pulu, oğrunun çörəyi, mərdima-zarın isə məclisdə yeri olmaz”. Bu müdrik kəlamlar, ibrətamiz fikirlər gənclərimiz üçün çağırışdır.
Məhyəddin Kərimov ömrünün ən müdrik çağlarını yaşayır. 96 yaşlı Məhi baba oğul, qız, gəlin, nəvə-nəticə qayğısı ilə əhatə olunub. Ailədə hər kəsin məsləhət yeridir Məhi baba. Doğrudur, həmişə həyat yoldaşı Əfruz nənənin yoxluğunu hiss etsə də, ətrafında ona qayğı göstərənlərə şükür edir, öz nikbin xasiyyəti ilə hərəni bir cür mehribanlıqla dindirir. Məhi baba Kərimovlar ailəsinin ən çox istənilən, yolu hörmətlə saxlanılan böyüyüdür.
Məhyəddin Kərimov dövlətlə, xalqla qürurlanan bir insandır. O, ölkəmizin hər bir müvəffəqiyyətini alqışlayır, söz düşəndə qürurla öz fikrlərini bildirir. Bu yaxınlarda mənə zəng etmişdi. Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı uğurdan, zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən qürur hissi ilə danışdı. Hətta onu da bildirdi ki, Şuşanın alınması məni nə qədər sevindirdisə, Fərrux yüksəkliyinin alınması da ikiqat sevindirdi. Sözünə davam edən ağsaqqal dedi: Daha ətraflı »
Yeni ismarıclar