Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn
    Xəbərlər Operativ müşavirə keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə RİH-nin işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    Rayon rəhbəri müşavirədə Dövlət Proqramlarında və Tədbirlər Planlarında icrası nəzərdə tutulan layihə və tədbirlərin digər qurumlarla qarşılıqlı formada rayon ərazi-sində vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vəziyyəti barədə məlumat verərək, həllini gözləyən bir sıra məsələlərin nəzarətdə saxlanılmasını tapşırıb. Müstəqim Məmmədov bildirib ki, rayon ərazisində qanunsuz tikililər bir daha müəyyənləşdirilməklə hüquqi tədbirlərin görülməsi davam etdirilməli, əmək intizamına nəzarət gücləndirilməli, azyaşlıların təhsilə cəlb olunması və yetkinlik yaşına çatmayanların erkən nikahının qarşısının alınması üçün bundan sonra da maarifləndirici və ciddi əməli tədbirlər aparılmalı, ev təsərrüfatlarının uçotu kita-bının bütün bölmələri Statistika Komitəsinin elektron portalı ilə paralel olaraq dəqiqliklə işlənib hazırlanmalı, bir yaşayış məntəqəsində qeydiyyatda olan, lakin digər yaşayış məntəqəsində, o cümlədən xarici ölkələrdə yaşayan şəxslər barədə məlumatlar fərdi qaydada dəqiqləşdirilməli, vətəndaşların qeydiyyata alınması və təsərrüfatbaşına kitabların onlayn vəziyyəti diqqətdə saxlanmalıdır.
    Operativ müşavirədə gündəlikdə duran digər məsələlər də geniş müzakirə və təhlil edilərək aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

     

  • 10İyn
    Kənd Təsərufatı Tərtərdə nümayiş-seminar keçirilib üçün şərhlər bağlıdır

    Taxılçılıqda yeni sortlar və  innovativ becərmə texnologiyaları

    Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə İnstitutun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi özəl şir-kətlərin təmsilçiləri və ətraf kəndlərdə taxılçılıqla məşğul olan bəzi fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb.
    Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. Mövzu ətrafında çıxış edən İmran Cüm-şüdov son illərdə baş verən iqlim dəyişikliyi fonunda taxılçılıqda risklərin artmasına və fermerlərin taxıl sortlarına olan tələb-lərinin dəyişilməsinə toxunub. O bildirib ki, yüksək məhsuldarlıqla yanaşı fermerlər sortun həm də quraqlığa davamlı və tezyetişən olmasını arzulayırlar. Natiq çıxışına davam edərək taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyinə diqqət çəkib. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı Baramaçılara tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirinin müavini Sarvan Cəfərov və nazirliyin əməkdaşları rayonun Seydimli, Hacıqərvənd və digər kəndlərində kümçülərlə görüşmüş, baramanın saxlanılması şəraiti ilə maraqlanmış, kümçülərə öz tövsiyələrini vermişlər.

  • 10İyn
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Koma vəziyyətində olan qazi Qəhrəmanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb

    Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, 14 sen-tyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuş, Tərtər şəhərində yaşayan Qəhrəmanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik. Yaqub kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq”. Daha ətraflı »

  • 10İyn
    Şəhidlər Şəhid Yaqub Qəhrəmanlının üç və yeddi mərasimləri keçirilib üçün şərhlər bağlıdır

    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
    Mərasimlərdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
    Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

     

  • 10İyn
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    İyunda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Zabil Həsənov 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
                                                                       Mənsimli İntiqam Rövşən oğlu
    İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.
    Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    İntiqam Mənsimli ölümündən sonra “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Daha ətraflı »

  • 10İyn
    Şəhidlər Niyyət elədi, niyyətinə çatdı üçün şərhlər bağlıdır

    …Mircəfər kişinin kiçik oğlu Mirsədi 3 aylıq gizirlik kursunu müvəffəqiyyətlə bitirmişdi. Təyinatla Xızı rayonuna getməliydi. Qohum-əqrəba gözaydınlığı verməyə gəlirdi. Şirin zaraftları, təmiz qəlbi ilə hamı tərəfindən çox sevilən Mirsədi atasını qucaqlayıb dedi:
    –Bilirəm, hamınız Umudlunun həsrətini çəkirsiniz. Mən o torpaqların azad olunmasında iştirak edəcəyəm. Gün gələcək, doğma kəndinizə qayıdacaqsınız.
    Sonra ailə bir quzu da götürüb, Kür çayı kənarındakı ocağa getdi. Kursları sağ-salamat bitirməsinə görə burada qurban kəsildi. Hər kəs ürəyində bir niyyət tutdu. Anası da dedi ki, oğul, ürəyində bir niyyət tut, inşaallah, arzuna çatarsan.
    Evə dönəndən sonra Mircəfər kişi həyat yoldaşının çox qəmgin olduğunu görüb, səbəbini soruşdu.
    Səadət xanım göz yaşı içində cavab verdi:
    – Bilirsən oğlumuz nə deyir? Niyyət edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olsun…
    Bu gün Mirsədi Bağırlının atası oğlunun sözünə sadiq olması haqqında kədər və qürurla danışır. Deyir ki, o, uşaqlıqdan özünü bu yola hazırlayırdı. Kiçik yaşlarında boyu balacaydı. İdmanla məşğul olmağa başladı, boyu uzandı. Çox zəhmətkeş və məqsədyönlüydü. Çətinliklərdən qorxmurdu.
    Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində “təmirçi çilingər və avtomobil sürücüsü” ixtisası üzrə təhsil alıb. Subay idi. Daha ətraflı »

  • 10İyn
    Səhiyyə İcbari tibbi sığortanın ilk addımları üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR RAZIDIRLAR, SƏHİYYƏMİZDƏ YENİLİKLƏR VAR

    Uzun illər ərzində Tərtər rayonu bu ərazilərə Rusiyadan, İrandan köçürülən ermənilərlə qonşu olduğundan, başımızın üstündən xətalar əskilməyib. Həm Sovetlər birliyinin tər-kibində yaşadığımız zaman, həm də müstəqillik dövründə düşmən bizə ağır zərbələr vurub. Həmişə də köməyimizə hərəsi bir əsgər olan tibb işçiləri çatıblar.

    Qeyd edim ki, vaxtilə bizim rayon xəstəxanasında çalışan həkimlərin səsi-sorağı bütün respublikamıza yayılmışdı. Məmməd Yunusov, Fərhad Rzayev, Yusif Quliyev kimi cərrahları, məşhur ürək həkimi Rəsul Həsənovu, nevropotoloqlar Rza İbrahimovu, Əjdər Şirinovu və başqalarını bu gün də tərtərlilər minnətdarlıq hissi ilə xatırlayırlar.
    I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və bütün dünyanı sarsıdan pandemiya dövründə də rayon mərkəzi xəstəxanasının tibb personalı Hippokrat andına sadiq qalaraq, əsl fədakarlıq göstərmiş, həyatlarını təhlükəyə ataraq, hərbçilərimizə, əhaliyə xidmət göstərmişlər. Öz vəzifəsini yerinə yetirərkən pandemiyanın qurbanı olmuş keçmiş baş həkim Yaşar Hüseyno-vun, həyətlərinə mərmi düşərkən həlak olmuş tibb işçisi Ayna Mehdiyevanın və başqalarının xatirəsi tərtərlilərin qəlbində yaşayacaqdır. Daha ətraflı »

  • 09İyn
    Xəbərlər Tərtərdə Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir! mövzusunda marifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.

    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 09İyn
    Xəbərlər Tərtərdə “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib üçün şərhlər bağlıdır

    İyunun 8-də Şıxarx kənd 1 saylı tam orta məktəbində “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın Uşaqlarla İş Üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon Polis Şöbəsinin Polis mayoru Yetkinlik yaşına çatmayanların proflaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev və 9-11 sinif şagirdləri iştirak ediblər.

    Mövzu ətraflı müzakirə edilib, erkən nikahın mənfi nəticələri haqqında şagirdlərə məlumat verilib, sonra isə şagirdlərin sualları cavablandırılıb.