20Okt
Oktyabırıb 18-də Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının Qərargahında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib. Bildirib ki, Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində əldə olunub. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o vaxtkı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Daha ətraflı »
20Okt

Oktyabrın 18-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 65 illik yubileyi münasibəti ilə Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimovu qəbul edib. İcra başçısı Zahid İbrahimovu təbrik edərək ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətində uğurlar diləyib. Bildirib ki, Zahid İbrahimov rayonun sosial-iqtisadi inkişafında yaxından iştirak edir, öz üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirir. O, yaxşı mütəxəssis olmaqla yanaşı, yaxşı da ailə başçısıdır.
Rayon rəhbıri Zahid İbrahimova İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib. Sonra xatirə şəkli çəkilib.
İbrahimov Zahid Yusif oğlu 1957-ci il oktyabrın 15-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. O, Bakı şəhərində İnşaat Mühəndisləri İnstitutunu bitirib. Daha ətraflı »
20Okt

Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
20Okt

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Tərtər Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən rayonun Kəbirli kənd sakini Məmmədov Ələkbər Firudin oğlunu, Sarıcalı kənd sakini Baxışova Firəngiz Səfər qızını və erməni əsirliyindən azad olunmuş Qapanlı kənd sakini Quliyev Şahbaz Calal oğlunu qəbul edib, onların müraciətlərini dinləyib, aidiyyəti qurumlara müraciətlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində araşdırılması üçün müvafiq tapşırıqlar verib.
Qəbulda vətəndaş məmnunluğu təmin edilib. Onların müraciətlərinə həsasslıqla yanaşıldığı üçün vətəndaşlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
20Okt

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəngərli kəndindən olan şəhid Mənsimli İntiqam Rövşən oğlunun ikinci ildönümü ilə əlaqədar onun ailəsinə baş çəkib, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Mənsimli İntiqam 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
19Okt
Oktyabrın 18-də Azərbaycan Res-publikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam oldu.
1991-ci ildən sonra ikinci ildir ki, Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq,öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir.
Ölkəmizdə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
Azərbaycan müstəqilliyinin qoru-nub saxlanılmasında, əbədi olmasında 2003-cü ildə 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Liderimiz Heydər Əliyevin titanik əməyi var.
Məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycan bütün sahələr üzrə surətli inkişaf yoluna qədəm qoydu, dünya miqyasında tanındı və müstəqil söz sahibinə çevrildi.
Ulu Öndərin ən layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İham Əliyev atasının başa çatdıra bimədiyi işləri uğurla davam etdirərək, Azərbaycan xalqına qalib xalq, müzəffər Orduya malik ölkə sevincini yaşatdı.
Azərbaycan Ordusunun qarşısından qorxaqcasına qaçan erməni silahlı birləşmələri bu gün öz məğlubiyyətlərini gözəl anlayırlar.
Suveren, müstəqil Azərbaycan isə sevimli lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha güclü olacaq, yeni-yeni uğurlara imza atacaq.
“Yeni Tərtər”
19Okt

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Təzəkənd kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin şəkillərindən ibarət məktəbdəki fotostendin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici səfərlərindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin ifşası istiqamətində yorulmaz fəaliyyətindən məlumat verib.
İcra başçısı Azərbaycan Respublikası Prezidentinin Astanada Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündən də danışıb. Bildirib ki, həmin görüşdə ölkə rəhbəri deyib ki, Ermənistan tərəfindən siyası iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsinin imzalana biləcək. Daha ətraflı »
19Okt
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 124 şagird yerlik Təzəkənd kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
19Okt
Bu günlərdə Tərtər şəhərinin şəhid adları verilən küçələri müasir standartlara uyğun olaraq yenidən qurulur. Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli adına küçələrə əsaslı təmirdən sonra asfalt salınır.
Şakir Həsənov küçəsinin sakini İltimas Babayev deyir:
–Şəhidlər bizim qürurumuz, tariximizdir. Gələcək nəsillər onları tanımalı və xatirələrini uca tutmalıdır. Bu istiqamətdə rayonumuzda görülən işləri ürəkdən alqışlayırıq. Bu, həm də şəhid ailələri üçün bir təsəllidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
19Okt
Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu qeyd edib.
Bildirilib ki, könüllülərin fəaliyyətinə qoşulmuş 15 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 2 nəfər könüllü gənclə yeni müqavilə bağlanıb.
Yeni ismarıclar