Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu qeyd edib.
Bildirilib ki, könüllülərin fəaliyyətinə qoşulmuş 15 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 2 nəfər könüllü gənclə yeni müqavilə bağlanıb.