Arif Oruc oğlu Əhmədov əslən Qərbi Azərbaycandan idi. Dərələyəz mahalından olan valideynləri deportasiya nəticəsində doğma yurdu tərk edib, Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşmışdılar. Arif müəllim 1948-ci ilin may ayının 23-də bu kənddə doğulub.
O, 1955-ci ildə Söylən kənd orta məktəbinin birinci sinfinə qəbul olub. Sonralar Gəncə şəhər 20 saylı orta məktəbdə təhsilini davam etdirib. Lakin ailə vəziyyəti ilə əlaqədar yenidən rayonumuza qayıdıb və 1965-ci ildə Tərtər şəhər 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Arif müəllimin qızı Samirə xanım deyir: “Atamda elmlərə, xüsusən dəqiq elmlərə böyük həvəs vardı. Bu, həm fitri qabiliyyətindən, həm də hədsiz dərəcədə çalışqan olmasından irəli gəlirdi. O, bizə daim tövsiyə edirdi ki, təbiətin verdiyi qabiliyyəti inkişaf etdirək, öz üzərimizdə çalışaq”.
Arif Əhmədov 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Avtomobilin İstismarı fakültəsinə qəbul olub. Universitet illərində həmişə qabaqcıl tələbə kimi tanınıb. Birinci kursu yenicə bitirdiyi vaxt atasını itirib və ailə yükünün artıq onun çiyinlərində olduğunu dərk edib. Həm təhsil alıb, həm də işləyərək universiteti əla qiymətlərlə başa vurub və Tərtərə qayıdıb.
Arif Əhmədov ilk əmək fəaliyyətinə 1969-cu ildə Bərdə rayon Tikinti Trestində mexanik kimi başlayıb. Həm savadı, həm işgüzarlığı ilə seçilən gənc mütəxəssis rəhbərliyin dərin rəğbətini qazanıb. O, vəzifəsində irəli çəkilib, həmin idarədə qaraj müdiri, müdir müavini və, nəhayət, trestin müdiri kimi fəaliyyətini davam etdirib. Daha ətraflı »
-
10MarDigər Rayonumuzun tarixində izi olan insanlar üçün şərhlər bağlıdır
-
10MarDigər Ramazan ayı yaxınlaşır üçün şərhlər bağlıdır
Oruc tutun ki, həm ruhunuz, həm də cisminiz sağlam olsun
Bismillahir –Rəhmanir-Rəhim.
Mehriban və bagışlayan Allahın adı ilə.
… Ey iman gətirənlər, sizdən əvvəlkilərə (ümmətlərə) yazıldığı kimi, sizə də oruc yazıldı və qərara alındı ki, bəlkə (ruhunuz qüvvətlənə və nəfsi istəklərdən) çəkinəsiniz. (Bəqərə sur, 183 ayə)
İnsanı ucaldan amillərdən biri də onun öz nəfsinə qalıb gəlməsidir. Təsadüfi deyildir ki, ağır döyüşdən qayıdan səhabələrə Hz. Peyğəmbərimiz “Kiçik cihaddan qayıdanlara salam olsun” – deyib. Səhabələr: “Ya Rəsulallah! Biz ağır bir döyüşdən gəlirik, yaralanmayan adam qalmayıb. Amma siz bu döyüşü kiçik sayırsınız”. Peyğəmbərimiz cavabında onlara belə buyurur: “Ən böyük cihad insanın nəfsi ilə apardığı cihaddır. Qılınc oynatmağa, ox atmağa, qalxan tutmağa nə var ki?!”
Ramazan sözünün mənası “yandırmaq” deməkdir. Yəni, insanlar bu ayda oruc tutub, pəhriz saxlamaqla həm mənəvi, həm də cismani cəhətdən əlavə bir yüksəliş əldə edirlər. Sevimli peyğəmbərimiz buyurub: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Oruc tu-tun ki, sağlam olasınız”. Və həm də bu aya dua ayı deyilir. Daha ətraflı » -
10MarDigər Qaranquşların qanadında bahar gəlir, yaz gəlir üçün şərhlər bağlıdır
Novruz gəlir. Ən əziz, ən doğma, ən sevimli bir bayram – Bahar Bayramı! Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü qeyd edir. İnsanlar bu bayrama bir ay qalmış hazırlaşırlar. Həyət-bacada, evlərdə təmizlik işləri aparılır, baharın gəlişinə hazırlıq görülür. Doğurçu dörd çərşənbənin hər biri insanların yaşaması, bütün həyatı üçün vacib olan dörd ünsürə – suya, oda, küləyə və torpağa həsr olunur. Bu da onu göstərir ki, Novruz ən müdrik, ən qədim bayramlardan biridir. Həmin günlərdə analar, bacılar şəkərbura, paxlava, badambura və başqa şirniyyatlar bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar .
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə bayramlaşmağa gedirlər. Uşaqlar, gənc qızlar, oğlanlar məşəl yandırıb, tonqal üstündən tullanıb əylənirlər. Novruzda yumurta boyayırlar. Əvvəlcədən hazırlanmış səməni halvası da süfrədə olur. Daha sonra uşaqlar evlərə papaq atırlar və onun içi şirniyyatlarla doldurulur. Qadınlar isə qulaq falına çıxırlar. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi daha təntənə ilə qeyd olunur.
Novruz bayramında şəhərlərdə, ən əsası da kənd yerlərində uşaqlar müxtəlif oyunlar hazırlayıb, yumurta döyüşdürürlər. Yumurta döyüşdürmək isə balaca vaxtımızdan hamımızın ən sevimli adətidir. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa Novruz bayramının əsas personajlarından biridir. Onlar duzlu-məzəli söhbətləri ilə uşaqlara sevinc gətirir, əyləndirirlər. Bir sözlə, baharın gəlişi hamını ruhlandırır. Qaranquşların qanadında yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Yavaş-yavaş qış yuxusundan oyanan torpağın, ağacların, gül-çiçəklərin qoxusu gəlir.
Bayramımız mübarək!Səbinə ELXANQIZI,
Naxçıvan Dövlət Universitetinin
jurnalistika ixtisası üzrə
I kurs tələbəsi -
10MarMilli-mənəvi dəyərlər ƏNƏNƏLƏR YAŞAYIR üçün şərhlər bağlıdır
Zaman sürətlə ötüb keçir. Bacarsaq da, bacarmasaq da, bu sürətlə ayaqlaşmalıyıq. Elə bil dünən yalançı çərşənbələrin gəlişinə sevinirdik. İndi isə ilaxır çırşənbə astanadadır. Onu yola salıb Novruzu, baharı qarşılayacağıq.
Novruz xalqımızın qədim və çox gözəl milli adət-ənənələrindən biri olmaqla, əsrlərdir ki, həyatımıza yeni nəfəs, xoş əhval-ruhiyyə, bolluq, barışıq, mehribançılıq gətirir. Novruzu hamı sevir. Qocalar da, uşaqlar da. Həyətlərdə tonqallar qalananda yaşlılar öz cavanlıqlarını ya-da salır, balacalar isə bitib-tükənməyən arzularının qanadlarında səmalara uçmaq istəyirlər. Həmin gün hər kəs ən çox arzuladığı insanlarla görüşə bilir. Çünki adətdir, valideynlər, qohumlar ziyarət edilir, küsülülər barışır. Hər evdə bol ruzi olur ki, qarşıdakı il də ruzili-bərəkətli olsun.
Novruzqabağı günlərdə dünyadan köçən doğmaları yad etmək də nəsildən-nəsilə ötürülən adətlərdən biridir. Builki bayram günlərində də şəhərimizin hər iki qəbiristanlığında, eləcə də kənd qəbiristanlıqlarında şəhidlərimizin əziz xatirəsi yad olundu, eləcə də insanlar öz doğmalarının məzarlarını ziyarət etdilər. Rayonumuzdan uzaqda yaşayanların çoxu həmin gün vaxt tapıb doğma Tərtərə gəldilər. Bu da milli adətimizin bir qiymətli cəhətidir, əlaqələrin qırılmasına, unudulmasına yol verilmir.
Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında belə deyib:”Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Daha ətraflı » -
09MarDigər Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.
Dövlət başçısı bildirib ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.
Qeyd olunub ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.
Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Prezident bildirib ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Daha ətraflı »
-
09MarDigər Azərbaycan qadınları milli dövlət quruculuğunun fəal iştirakçılarıdır üçün şərhlər bağlıdır
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. -
04MarDigər Azərbaycanın qlobal çağırışları sülhün möhkəmləndirilməsinə yönəldilib üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edib.
Dövlət başçısı bildirib ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.
Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı.
Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.
Prezident İlham Əliyev bildirib ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Daha ətraflı »
-
03MarXəbərlər Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2015-ci il tarixdə 1045 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirib.
-
02MarDigər YAP ümummilli maraqların reallaşması yolunda böyük tarixi nailiyyətlər qazanıb üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı tarixi xarakter daşıyır. Dövlət başçısı qeyd edib ki, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
Prezident İlham Əliyev deyib ki, 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra münbit əməkdaşlıq mühiti yaradıldı.
Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var.
İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. Daha ətraflı »
-
01MarDigər “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilk təfəkkürü” üçün şərhlər bağlıdır
Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxsahəli fəaliyyəti və dövlətçilk təfəkkürü elə bir sərvətdir ki, xalqımız bunlardan daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyələri əsl dövlətçilik məktəbidir.
Pekin İçtimai Elmlər Akademiyasındakı çıxışında Heydər Əliyev deyib: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.”
Ulu Öndərin “Ostankino“ dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də hər bir azərbaycanlıda qürur hissi doğurur:
“Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.”
Ümummilli Liderin layiqli siyasi varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün müstəqil siyasət yetirməklə, Azərbaycanı daha da gücləndirir və siyasi arenada ölkəmizin nüfuzunu artırır.
“Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur”. – deyirdi Heydər Əliyev. Qüdrətli sərkərdə, güclü Lider, xalqın sevimlisi olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ilə düşmənlərin arzularını, bəd niyyətlərini ürəklərində qoydu. Bu siyasət davam etdirilir və gün gələcək, vaxtilə Vətənlərindən didərgin salınmış bütün azərbaycanlılar öz yurd-yuvalarına qayıdacaqlar. Heydər Əliyevin dediyi kimi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Daha ətraflı »
Yeni ismarıclar