Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,006
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Apr
    Xəbərlər APREL DÖYÜŞLƏRİNİN 10-CU İLDÖNÜMÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    APREL DÖYÜŞLƏRİ VƏTƏN MÜHARİBƏSİNDƏ
    QAZANILAN QƏLƏBƏNİN TƏMƏLİDİR

    Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər Rayon Təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Tərtər Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
    Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib. Daha ətraflı »

  • 07Apr
    Şəhidlər 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ EHTİRAMLA ANILIB üçün şərhlər bağlıdır

     

    Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Şəhidlər Abidə kompleksini ziyarət edib, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.
    Anım mərasimində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzüblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • 07Apr
    Milli-mənəvi dəyərlər AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilat üzvləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Liderin və 31 mart–soyqrım qurbanlarının, torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev xalqımızın ermənilər tərəfindən təkcə ötən əsrdə 4 dəfə soyqırıma və deportasiyaya məruz qaldığını xatırladıb. Minlərlə azərbaycanlının xüsusi amansızlıqla, o döv-rə qədər görünməyən işgəncələrlə qətlə yetirildiyini, on minlərlə insanın yurd-yuvasından didərgin salındığnı, yüzlərlə kəndlərimizin yandırılaraq xarabalığa çevrildiyini, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığını söyləyib. Ermənilərin 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasından, Sumqayıt hadisələrindən, 20 Yanvar, Xocalı faciələrindən bəhs edib. Birinci Qarabağ müharibəsində bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından Daha ətraflı »

  • 07Apr
    Şəhidlər Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun məzarı ziyatər edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin aprel ayında Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş gizir Nicat İsgəndərovun ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhidin 10-cu ildönümü ilə əlaqədar olaraq onun məzarını ziyarət edib.
    Ziyarət zamanı Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.
    Rayon rəhbəri Nicat İsgəndərovun ailəsinə səbr diləyərək, Allahdan ona rəhmət diləyib. Bildirib ki, məhz Nicat kimi igid oğulların sayəsində Aprel döyüşlərində qazanılan qələbə ilə 44 günlük Vətən müharibəsində zəfərimizin təməli qoyuldu.

     

  • 07Apr
    Şəhidlər HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR üçün şərhlər bağlıdır

    Şəhidlik elə bir zirvədir ki, illər ötdükcə, o zirvədə dayananların qəhrəmanlığı işığına toplaşanların sayı daha da artır.
    Tərtər rayonunda şəhid ailələri və qazilər daimi olaraq ziyarət olunur, xoş günlərində də, kədərli anlarında da rayon rəhbəri ictimaiyyət nümayəndələri ilə birlikdə onlarla birlikdə olurlar.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kən-dində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
    Həmçinin elə həmin kənddə Birinci Qarabağ müharibəsi şəhidi Ruslan Əsgərovun ailəsi ziyarət olunub. Övladlarının adına gələn qo-naqları ən əziz insanlar kimi qarşılayan ailə üzvləri kövrək anlar yaşayıblar. Daha ətraflı »

  • 07Apr
    Sosial EDİLƏN MÜRACİƏTLƏR HƏLLİNİ TAPIB üçün şərhlər bağlıdır

    Problemlərin aradan qaldırılması vətəndaş məmnunluğunu yaradıb.

    Buruc kəndində subartezian quyusunun yanmış nasosu dəyişdirilərək yenisi ilə əlavə olunub. Rayon icra hakimiyyəti başçısının tapşırığı əsasında bu iş Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən yerinə yetirilib.

    İlxıçılar kəndində sakinlərin müraciəti əsasında kəndin Üzeyir Həcıbəyov, Mübariz İbrahimov küçələrinə çınqıl verilərək hamarlanıb. Bu iş Azad Qaraqoyunlu İƏD üzrə nümayəndəlik və Azad Qaraqoyunlu Bələdiyyəsi tərəfindən həyata keçirilib.

    Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşdən sonra sakinlərin müraciəti əsasında buradakı yararsız elektrik dirəkləri və naqilləri yenisilə əvəz olunub. Tərtər Elektrik Şəbəkəsinin əməkdaşları məsələnin operativ həllini təmin ediblər. Daha ətraflı »

  • 07Apr
    Sosial “AĞ ÖLÜM”LƏ MÜBARİZƏDƏ HAMI BİRLƏŞMƏLİDİR üçün şərhlər bağlıdır

    Uca Tanrı insanı çox güclü yaradıb. Ona zəka və qüvvət verib. Təəssüf ki, çox zaman bunlar onun özünə qarşı çevrilir, odur ki, dünyada müharibələr, münaqişələr səngimir, günü-gündən daha da alovlanır. Azərbaycan xoşbəxt ölkədir ki, ərazisində terrora, işğala son qoya bildi, torpaqlarımızı bütövləşdirdi, suveren və müstəqil ölkə kimi dünyaya nümunə oldu.
    Lakin insanlar yalnız müharibələr zamanı ölmür, minlərlə insanın məhvinə, ailələrin faciəsinə səbəb olan başqa bir bəla da var– onun adı narkomaniyadır. Müharibədən fərqli olaraq, burada düşmənlə üzbəüz mübarizə aparmırsan, o, gözləmədiyin halda, aldadıcı xoş sifətlə gəlir. Narkomanların toruna ən çox düşən isə yeniyetmələr və gənclər olur.
    Narkomaniya ilə mübarizədə dövlət səviyyəsində bir çox tədbirlər görülsə də, təəssüf ki, bu bəla nəinki azalmır, hətta onun yaşı cavanlaşır. Yəni daha çox azyaşlılar narkomanların və digər dələduzların toruna düşürlər. Ona görə ki, bu, qonşu ölkələrdəki bəzi dairələrin marağına uyğundur. Daha ətraflı »

  • 07Apr
    Milli-mənəvi dəyərlər KÖHNƏ KİŞİLƏR üçün şərhlər bağlıdır

    RUZİLİ ADAM

    Hər dövrün özünün sayılıb-seçilən insanları olub. Ötən əsrin ortalarında Tərtər rayonunda belələrindən biri Kəniş Namazov idi.
    Namazov Kəniş Məmməd oğlu 1909-cu ildə rayonumuzun Borsunlu kəndində anadan olub. Azərbaycan Dövlət Qiyabi Pedaqoji Universitetini bitirib. 1933-cü ildə doğma kəndində müəllim kmi fəaliyyətə başlayıb, sonralar həmin məktəbin direktoru təyin edilib.
    1955-ci ildə Kəniş Namazov rayon partiya komitəsinin katibi, bir müddət sonra isə Mirbəşir (indiki Tərtər) rayon İcraiyyə Komitəsinin sədri seçilib. Tərtərlilərin yaddaşında Kəniş müəllim məsuliyyətli, tələbkar bir insan kimi qalıb. Deyilənə görə, tənbəlləri, aciz insanları sevmirdi. Bildirirdi ki, Allah zəhməti sevən insanın ruzisini yetirir.
    1959-cu ildən Kəniş Namazov tədarük kontorunun direktoru, rayon istehlak cəmiyyətinin sədri, kolxozlararası tikinti şurasının sədri vəzifələrində çalışıb. 1964-cü ildə Engels adına kolxozun sədri seçilib. Uzun illər Tərtərdə çörək zavodunun direktoru işləyib.
    Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Deputat olduğu müddətdə sessiyalarda rayonun abadlaşdırılması ilə bağlı mühüm təkliflərlə çıxış edib və bunların reallaşdırılmasına səy göstərib.
    1971-ci ildə Ulu Öndər Heydər Əliyev rayonumuzda sakinlərlə görüşü keçirirlər, bu görüşdə Kəniş Namazov çıxış edib.
    Ulu Öndər onun çıxışını diqqətlə dinləyib və Bakıya qayıtdıqdan sonra Mərkəzi Komtədən rayona nümayəndə göndərilib. Tərtərin gələcək inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Kəniş müəllim Ümummilli Liderin qarşısında çıxış etməsini həmişə qürur hissi ilə xatırlayır və bu barədə gənclərə həvəslə danışırdı.
    Kəniş müəllimin 6 övladı olub, 5 oğul, 1 qız. Təhsilə böyük önəm verən bu insanın bütün övladları ali məktəb bitirib.
    Hər dövrün özünün mükafatları olub. Kəniş Namazov “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilib. Övladları deyirlər ki, ən böyük mükafatı atalarını tanıyanların onun haqqında “çörəkli adam idi” söyləməsidir.

    “YENİ TƏRTƏR”