Tərtər şəhərinin şəhid Maarif Mustafayev küçəsində asfalt örtüyünün salınması işlərinə başlanılıb
2026-cı ilin ilk günlərindən etibarən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin infrastrukturunun müasirləşdirilməsi, abadlıq və quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda şəhər daxilində yol infrastrukturunun yenilənməsi, küçə işıqlandırılması sistemlərinin bərpası və yol kənarlarında yeni yaşıllıq zolaqlarının salınması istiqamətində kompleks işlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində şəhərin şəhid Maarif Mustafayev küçəsində yeni asfalt örtüyünün salınması prosesinə başlanılıb. İşlərin ilkin mərhələsində yol yatağı qum-çınqıl qarışığı ilə doldurularaq xüsusi texnikalar vasitəsilə kipləşdirilir və hamarlanır. Hazırlıq mərhələsindən sonra küçəyə ümumilikdə 3150 kvadratmetr sahədə yeni asfalt örtüyü döşənir. Layihənin əsas üstünlüklərindən biri də odur ki, asfaltlanma ilə paralel olaraq küçədəki mövcud elektrik, qaz, su və telekommunikasiya xətləri də yenilənərək qaydaya salınır.
Yaxın günlərdə şəhərin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi məqsədilə Elman Mehdiyev, Polad Ərəbov və Hüseyn Cavid küçələrində, eləcə də Cavanşir küçəsinin 3-cü, Elman Səfərov küçəsinin isə 1, 2, 3, 4 və 5-ci döngələrində də asfaltlanma işlərinə başlanılması nəzərdə tutulub. Görülən bu işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin gediş-gəlişinin və gündəlik həyat şəraiti-nin daha da rahatlaşmasına xidmət edir.


Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.
Yeni ismarıclar