Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənabları Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edərək qeyd etdi ki, müasir Azərbaycanın yaddaş siyasətinin, tarixi ədalət mövqeyinin və milli həmrəyliyinin parlaq ifadəsi kimi yadda qaldı. Dövlət başçısının nitqi təkcə anım xarakteri daşımadı, həm də beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi, Xocalı həqiqətlərinin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha önə çəkdi.
Möhtərəm Prezidentimiz vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi dövlətin ardıcıl siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, memorial kompleksinin yaradılması həm şəhidlərin ruhuna ehtiramın ifadəsi, həm də gələcək nəsillərin tarixdən dərs çıxarması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uzun illərdir sistemli fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən diplomatik, informasiya və maarifləndirmə tədbirləri nəticəsində bir çox ölkələr və beynəlxalq qurumlar Xocalı faciəsinə hüquqi-siyasi qiymət veriblər. Daha ətraflı »



Tərtər Rayon İcra Haki-miyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Şəhidlər Abidə Kompleksində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri, İƏD üzrə nümayəndəliklər, bələdiyyələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ümumtəhsil məktəbləri şagirdlərinin Xocalı faciəsinin ağrı-acısını və xalqımızın qəhrəmanlıq ruhunu əks etdirən rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra Şəhidlər Abidə Kompleksinin önünə tər çiçəklər düzərək, soyqırımı qurbanlarının və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar. Sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov erməni vandallarının törətdikləri amansız qətliamları
Vətən sevgisi müqəddəs və ülvidir. Vətənə sevgi gendən, kökdən gəlir, milli-mənəvi dəyərlərdən, tərbiyədən qaynaqlanır. Adına yurd deyilən diyarın, doğulub boya-başa çatdığın elin-obanın əzəli və əbədi hissidir vətən sevgisi. 5-10 günlük xarici səfərdən dönüb ayağını doğma torpağa qoyanda keçirdiyin ifa-dəsi mümkünsüz hisslərin, yaşadığın sirli-sehrli, varlığını titrədən duyğuların cövhəridir vətən sevgisi.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olan Əsgərov Nofəl Cahangir oğlunun nəşi ailəsinin məs-kunlaşdığı Gəncə şəhərinə gətirilərək orada izdihamlı vida mərasimi keçirilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, Ağdərə rayonunun İmarət Qərvənd kənd sakini Dadaşov Dadaş Şərif oğlunun nəşi ailəsinin məskunlaşdığı Bərdə rayonuna gətirilərək orada izdihamlı vida mərasimi keçirilib.


Cəmi 5 il əvvəl açılan səhərlər Qaynaq kəndinin sakinlərinə gündəlik qayğılarla bərabər, həm də namərd qonşular təfindən gözlənilən təhlükə həyəcanı gətirirdi. Düzdür, insanlar daha buna alışmışdılar. Odur ki, adi günlərdəki kimi böyüklər mal-qaraya baxır, əkin əkir, uşaqlar məktəbə gedirdilər…
Mehriban Abdullayeva Azərbaycanın həm coğrafi, iqtisadi və həm də qədimliyi ilə fərqli olan Tərtər rayonunda zəhmətkeş ailəsində anadan olub. Bir müddət Moskva şəhərində yaşayıb. 8 Mart Qadınlar bayramı ərəfəsində Mehriban xanımla əlaqə saxlayıb özü haqqında danışmasını xahiş etdik. O dedi:
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonumuzun kəndlərində və şəhərdə keçirdiyi səyyar qəbul-görüşlərin hər biri problemlərin həll olunması, operativ tədbirlərin görülməsi ilə sakinlərin yaddaşında qalır.


2026-cı ilin ilk günlərindən etibarən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin infrastrukturunun müasirləşdirilməsi, abadlıq və quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda şəhər daxilində yol infrastrukturunun yenilənməsi, küçə işıqlandırılması sistemlərinin bərpası və yol kənarlarında yeni yaşıllıq zolaqlarının salınması istiqamətində kompleks işlər həyata keçirilir.
Yeni ismarıclar