Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,963
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan
    Ədəbiyyat KƏNDİM üçün şərhlər bağlıdır
    Qocaman Tərtərin cənnət qoynunda,
    A kəndim, sən mənim qürur yerimsən.
    Ərənlik, ərlik var əsli-soyunda,
    Evim, səcdəgahım, qibləm, pirimsən.

     

    Sevib oxşamısan boyumu hər an,
    Çəkmisən nazımı öz sonam kimi.
    Hərdən qəribsəyib kövərələn zaman,
    Halıma yanmısan öz anam kimi.
    Qoynunda boy atıb yaşa dolmuşam,
    Beşiyim-ilk laylam, ilk ocağımsan.
    Səndən ayrılalı gültək solmuşam,
    Qaynar təbiətim, odlu çağımsan.

     

    Adına nəğmələr yazmasam da mən,
    Dinmisən qəlbimin incə telində.
    Yaxana gül-çiçək düzməsəm də mən,
    Ucaltdım adını hər dost elində.
    Mən sənə borcluyam yüksəlişimdə,
    Sözdən meydanım var üfüqlər qədər.
    Heç bir əməlimdə, heç bir işimdə,
    Çəkdiyin zəhməti vermədim hədər.
    Könlündən ayrılıb, gözündən itsəm,
    Ruhum pərvazlanmaz, bitər sözüm də.
    Aşıb sərhədləri hayana getsəm,
    Dünyanın cənnəti sənsən gözümdə.
  • 07Yan
    Ədəbiyyat BU DÜNYA üçün şərhlər bağlıdır
    Xəbər çıxdı: Bu dünyanın sonudur…
    Hər söhbətdə çözələnir bu dünya.
    Kim deyibdir, sonu puçdur, fanidir?!
    Ələndikcə hey ələnir bu dünya.

     

    Ondan umacağım ömür payıdı,
    Onu da çox gördü mənə bu dünya.
    Hissimi, duyğumu ram etmək üçün,
    Min oyun oynadı yenə, bu dünya.
    Sabit deyil, yaranandan fırlanır,
    Bütün aləm ona baxıb nurlanır,
    İnsan oğlu onu bir cənnət sanır,
    Günü-gündən təzələnir, bu dünya.

     

    Yağı düşmən kimi kəsildi qənim,
    Getmədi gözümdən dumanım, çənim.
    Qismətim bu imiş yəqin ki, mənim,
    Qıymadı xoş ömrə, günə, bu dünya.
    Milyon ildir öz oxundan laxlamır,
    Hələ çox su aparacaq bu xamır.
    Vallah, qardaş, dağılana oxşamır,
    Deyən, biznən məzələnir, bu dünya.
    Qanıma susadı bir yetim kimi,
    İçdim şərbətini dərd-sitəm kimi.
    Apardı talesiz bəxtikəm kimi,
    Dili də varmı ki, dinə, bu dünya..
  • 07Yan
    Ədəbiyyat DAĞLARA üçün şərhlər bağlıdır
    Səhər-səhər qəm ruhum köklənib,
    Dayanmışam yenə üzü dağlara.
    El-obadan ayrı düşüb, təklənib,
    Qısqanıram yolu, izi dağlara.

     

    Həm ağrımı, həm qadamı çox alıb,
    Layiq bilim hansı sözü dağlara?
    Təbim küsüb, qaçaq olub, yoxalıb.
    Odlu qəlbim incələnib, yuxalıb.
    Yol gözləyir aşırımlar, bələnlər,
    Bəxtəvərmiş orda ömür sürənlər.
    Müjdələnsin doğru xəbər bilənlər,
    Dönərəmmi gələn yazı dağlara?

    MAYIL MƏMMƏDLİ

  • 07Yan
    Sosial Yeniyetmələr arasında pis vərdişlərə “yox ” deyək! üçün şərhlər bağlıdır

    Bu işdə ailə, məktəb, səhiyyə
    sistemi və cəmiyyət bir olmalıdır

    Uşaqlar və yeniyetmələr hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Onların sağlam böyüməsi, təhsil alması və psixoloji cəhətdən düzgün inkişafı üçün yaradılan şərait sabahın güclü cəmiyyətinin təməlidir. Lakin müasir dövrdə gənclərimiz müxtəlif zərərli vərdişlərin təsiri altına düşürlər.
    Narkomaniya, tütünçəkmə və erkən nikahlar bu problemin başında gəlir.
    Narkomaniya səssiz təhlükədir. Yeniyetmələr arasında narkotik maddələrə marağın artması narahatedici haldır. Bu, yalnız tibbi deyil, sosial problemdir. Bir çox hallarda gənclər psixoloji boşluq, ailə nəzarətsizliyi və mənəvi dəstəyin ol-maması səbəbindən bu yola sürüklənirlər. Nar-kotiklər bədəndə və beyində dərin izlər buraxır, gəncin təhsildən və normal həyat tərzindən uzaqlaşmasına səbəb olur.
    Pis vərdişlərin yayılmasının qarşısını almaq yalnız bir qurumun işi deyil. Bu, ailənin, məktəbin, səhiyyə sisteminin və cəmiyyətin birgə səy-ləri ilə mümkün ola bilər. Uşaqlarımıza sağlam mühit yaratmaq, düzgün informasiya vermək və onları qorumaq bizim birbaşa borcumuzdur. Daha ətraflı »