Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,922
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan

    Bu işdə ailə, məktəb, səhiyyə
    sistemi və cəmiyyət bir olmalıdır

    Uşaqlar və yeniyetmələr hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Onların sağlam böyüməsi, təhsil alması və psixoloji cəhətdən düzgün inkişafı üçün yaradılan şərait sabahın güclü cəmiyyətinin təməlidir. Lakin müasir dövrdə gənclərimiz müxtəlif zərərli vərdişlərin təsiri altına düşürlər.
    Narkomaniya, tütünçəkmə və erkən nikahlar bu problemin başında gəlir.
    Narkomaniya səssiz təhlükədir. Yeniyetmələr arasında narkotik maddələrə marağın artması narahatedici haldır. Bu, yalnız tibbi deyil, sosial problemdir. Bir çox hallarda gənclər psixoloji boşluq, ailə nəzarətsizliyi və mənəvi dəstəyin ol-maması səbəbindən bu yola sürüklənirlər. Nar-kotiklər bədəndə və beyində dərin izlər buraxır, gəncin təhsildən və normal həyat tərzindən uzaqlaşmasına səbəb olur.
    Pis vərdişlərin yayılmasının qarşısını almaq yalnız bir qurumun işi deyil. Bu, ailənin, məktəbin, səhiyyə sisteminin və cəmiyyətin birgə səy-ləri ilə mümkün ola bilər. Uşaqlarımıza sağlam mühit yaratmaq, düzgün informasiya vermək və onları qorumaq bizim birbaşa borcumuzdur.
    Yeniyetmələr arasında siqaret çəkmə hallarının artması ciddi siqnal verir. Siqaret yalnız fiziki asılılıq deyil, eyni zamanda bir növ “sosial qəbul” vasitəsi kimi görünür. Tütünçəkmə erkən yaşda başlasa, gələcəkdə daha ağır vərdişlərə – narkotik və alkoqola keçid risqi artır.
    Böyüyən nəsil üçün təhlükə yaradan digər problem isə erkən nikahdır. Erkən nikahlar uşaqlığın itirilməsi deməkdir.
    Cəmiyyətimizin bəzi bölgələrində hələ də 18 yaşdan əvvəl nikah hallarına rast gəlinir. Bu isə gənc qızların təhsildən uzaq qalmasına, erkən doğuş və sağlamlıq problemlərinə, həm də psixoloji travmalara səbəb olur. Erkən nikah həm hüquqi, həm də tibbi baxımdan qəbulolunmazdır.
    Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı olaraq, bu məsələlərin qarşısını almaq məqsədi ilə müxtəlif maarifləndirici tədbirlər hə-yata keçiririk.
    Müxtəlif məktəb və liseylərdə “Pis vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar, narkotiklərin zərərləri, tütün və alkoqolun təsiri, erkən nikahın fəsadları barədə slayd və videotəqdimatlar, şagirdlər və valideynlər üçün sorğular və maarifləndirici bukletlərin paylanması, əməkdaşlıq etdiyimiz həkim və psixoloqlarla birgə seminar, uşaq və yeniyetmələrin sağlam inkişafı üzrə yoxlamalar və tövsiyələr buna misal ola bilər.
    Unutmayaq, sağlam yeniyetmə sağlam cəmiyyətin təməlidir!

    İradə Həmidova,
    Uşaq və Yeniyetmə gigiyenası üzrə sanitar həkim

     

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.