Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib. Prezident deyib ki, bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.
Qeyd olunub ki, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük – həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Dövlət başçısı bildirib ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər.
Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi – Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması.
Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Daha ətraflı »


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasını insan amili, vətəndaş rifahı və milli maraqlar təşkil edir. Dövlət başçısının “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri ölkədə aparılan bütün islahatların, qəbul edilən qərarların və icra olunan proqramların ideoloji əsasını müəyyən edir. 2026-cı il 5 yanvar tarixində Respublika Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə, olkə başçısı vurğuladı ki ,Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. 



Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin başlanması münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.
Daha bir il arxada qaldı. Yeni il gecəsi hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Yeni il təbrikini diqqətlə dinlədik və qürur duyduq. Təbrikdə deyilir: “Bu il biz Şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin başlanması münasibəti ilə rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, dəyərli ziyalı, 81 yaşlı Rauf Həsənzadəni evində ziyarət edib.
2026-cı ilin yanvar ayına qədəm qoymuşuq. Ölkəmizdə sabitlik, əmin-amanlıqdır. İgidlərimizin canı-qanı bahasına geri qaytarılmış torpaqlarımıza Böyük Qayıdış başlayıb. Şəhərlər, kəndlər tikilir, keçmiş məcburi köçkünlər yurd-yuvalarına dönürlər. Doğma Tərtərimizdə həyat qaynayır. İnsanlar rayon rəhbərinin başçılığı ilə müxtəlif sahələrdə işlərin yaxşı qurulması üçün əzmlə ça-lışırlar. İqtisadiyyatımız inkişaf edir, şəhər və kəndlərin siması günü-gündən gözəlləşir.Yollar abadlaşır.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elman Səfərov küçəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aşıq Yaşar Məhərrəmov 1978-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində doğulub. Hələ uşaq yaşlarından aşıq sənətinə həvəsi olan Yaşar Məhərrəmov aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilib. 200-ə yaxın saz havasını ifa edib. Unudulmaqda olan saz havalarına yenidən həyat verib. Aşıq Yaşar gənc olmasına baxmayaraq, artıq ustad aşıq kimi tanınırdı. O, həm də öz sənətini gənclərə böyük həvəslə öyrədirdi.Aşıq sənətindəki xidmətlərinə görə Azərbaycan Aşıqlar Birliyi tərəfindən təltif olunub.
Yeni ismarıclar