Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,933
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

       2025-ci ildə Tərtər rayonunda 211 milyon 372,7 min manat həcmində ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib. Əsas kapitala 24 milyon 50,4 min manat investisiya yönəldilib ki, onun 20 milyon 248 min manatı və ya 84,2 faizi tikinti-quraşdırma işlərinə xərclənib. Bu fikirlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağında səsləndirilib.

    Qeyd olunub ki, aparılan tikinti-quruculuq işləri çərçivəsində Tərtər şəhərinin Nizami, Qafur Məmmədov, Vasif Hüseynov, Ədalət Paşayev, Mehdi Hüseynzadə, Vüqar Həsənov, Elman Səfərov və Nəriman Nərimanov küçələrində, Heydər Əliyev prospektində yerləşən 2 və 5 mərtəbəli binalarda təmir işləri aparılıb. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə rayon ərazisində 3990 ədəd ağac əkilib.

    Ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda şəhid ailələri və qazilər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. İndiyədək 10 Vətən müharibəsi şəhidi, 4 qazi ailəsi mənzillə təmin olunub, 104 nəfərə əkin üçün torpaq, 7 şəhid ailəsinə, 5 qaziyə həyətyanı sahə, 8 şəhid ailəsinə və 4 qaziyə sahibkarlıq üçün torpaq sahəsi verilib. 51 küçəyə şəhid adı verilib, 23 küçənin girişində şəhidin xatirə baralyefi quraşdırılıb, 75 şəhid ailəsi və qazi işlə təmin olunub. 77 nəfərə aktivlər, 4 qaziyə dövlət tərəfindən avtomobil verilib, 7 şəhid ailəsinin mənzili təmir olunub, 112 şəhid və qazi ailəsi istirahət mərkəzinə göndərilib.

    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə 2025-ci ildə 500 yeni iş yeri açılıb.

    2025-ci ildə 104 milyon 718,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. 2024-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,4 faiz artıb. Həmçinin 6581,8 hektar taxıl sahəsindən 26 min 119,4 ton, 2796,7 hektar pambıq sahəsindən 10 min 529,5 ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə taxılın məhsuldarlığı 9,3 sentner, pambığın məhsuldarlığı 8,1 sentner artıb.

     

     

    Müəllif: Redaktor, 13:06

İsmarıclar bağlıdır.