Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,922
Saytda ismarıcların sayı - 0
Arxiv
-
07Yan
Xəbər çıxdı: Bu dünyanın sonudur…
Hər söhbətdə çözələnir bu dünya.
Kim deyibdir, sonu puçdur, fanidir?!
Ələndikcə hey ələnir bu dünya.
|
Ondan umacağım ömür payıdı,
Onu da çox gördü mənə bu dünya.
Hissimi, duyğumu ram etmək üçün,
Min oyun oynadı yenə, bu dünya. |
Sabit deyil, yaranandan fırlanır,
Bütün aləm ona baxıb nurlanır,
İnsan oğlu onu bir cənnət sanır,
Günü-gündən təzələnir, bu dünya.
|
Yağı düşmən kimi kəsildi qənim,
Getmədi gözümdən dumanım, çənim.
Qismətim bu imiş yəqin ki, mənim,
Qıymadı xoş ömrə, günə, bu dünya. |
Milyon ildir öz oxundan laxlamır,
Hələ çox su aparacaq bu xamır.
Vallah, qardaş, dağılana oxşamır,
Deyən, biznən məzələnir, bu dünya. |
Qanıma susadı bir yetim kimi,
İçdim şərbətini dərd-sitəm kimi.
Apardı talesiz bəxtikəm kimi,
Dili də varmı ki, dinə, bu dünya.. |
Müəllif: Redaktor, 09:38