Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,922
Saytda ismarıcların sayı - 0
Arxiv
-
07Yan
Qocaman Tərtərin cənnət qoynunda,
A kəndim, sən mənim qürur yerimsən.
Ərənlik, ərlik var əsli-soyunda,
Evim, səcdəgahım, qibləm, pirimsən.
|
Sevib oxşamısan boyumu hər an,
Çəkmisən nazımı öz sonam kimi.
Hərdən qəribsəyib kövərələn zaman,
Halıma yanmısan öz anam kimi. |
Qoynunda boy atıb yaşa dolmuşam,
Beşiyim-ilk laylam, ilk ocağımsan.
Səndən ayrılalı gültək solmuşam,
Qaynar təbiətim, odlu çağımsan.
|
Adına nəğmələr yazmasam da mən,
Dinmisən qəlbimin incə telində.
Yaxana gül-çiçək düzməsəm də mən,
Ucaltdım adını hər dost elində. |
Mən sənə borcluyam yüksəlişimdə,
Sözdən meydanım var üfüqlər qədər.
Heç bir əməlimdə, heç bir işimdə,
Çəkdiyin zəhməti vermədim hədər. |
Könlündən ayrılıb, gözündən itsəm,
Ruhum pərvazlanmaz, bitər sözüm də.
Aşıb sərhədləri hayana getsəm,
Dünyanın cənnəti sənsən gözümdə. |
Müəllif: Redaktor, 09:41