İndi isə həmin günlərdən kənd camaatına yalnız
acı xatirələr qalıb, hamı təsərrüfat işləri ilə məşğuldur
Teyyub kişi pambıq sahəsinə çatanda, səhər saat 6 olardı.Uzun illərdi ki, o, belə adət etmişdi. Əslində səhər saatlarında başlanılması elə bir iş də yox idi. Hər şey qaydasındaydı. Bitiş yaxşı alınmışdı. Körpə bitkilər sıra ilə düzülərək ürəkaçan qəribə bir mənzərə yaratmışdı. Teyyub kişi başını qaldırıb göyün üzünə baxdı. Qara buludlar yağış yağacağından xəbər verirdi.
“Təki belə buludlar olsun, bolluq-bərəkət rəmzi olan buludlar”, – deyə Teyyub kişi düşündü. “Yaxşı ki, üstümüzdən o biri qara buludlar götürüldü”, – deyə fikrindən keçirdi. Beş il əvvəl kənd sakinləri beləcə sahəyə gəlib, əkin-biçin işlərilə məşğul olmağı heç xəyallarına gətirə bilməzdilər. Dərhal düşmən gülləsinə tuş gəlmək ehtimalı vardı. 30 ildən çox bir müddətdə insanlar hər cür əziyyətə, təhlükəyə tab gətirdilər. Ya-ralandılar, şəhid oldular, ancaq doğma ocaqlarını tərk etmədilər.
Baxmayaraq ki, Qapanlı kəndi düşmənlə təmas xəttinə güllə məsafəsi qədər yaxın idi.
Tərtərin Qapanlı kəndinin sakini Teyyub Cəfərov deyir:
–Uşaqlıqdan təsərrüfatla məşğul olmuşam. İxtisasca da aqronomam. Kolxoz dövründə pambıqçılıq briqadiri işləyirdim. Ancaq pay torpaqlarımızı alandan sonra onu ürəkli əkib becərə bilmədik. Qonşuluğumuzda yaşayan ermənilər buna heç cür imkan vermirdilər.
Ordumuz torpaqlarımızı onlardan təmizləyəndən sonra, Qapanlı kəndinin camaatı da rahatlıq tapdı. İndi hər kəs öz torpağını əkib-becərir və zəhmətinin bəhrəsini görür, evinə, ailəsinə qazanc gətirir.
Teyyub kişi cari il 4 hektarda pambıq əkib. Yaxşı bitiş alınıb. Hazırda əllə ketmənləmə işləri başa çatıb. Bundan sonra isə sahələrə kultivasiya çəkilir. O, ilin uğurlu olacağına əmindir: Daha ətraflı »


Mayıl Həsənoğlu Məmmədli (Mayıl Asiman) 1961-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. 1967-1977- ci illərdə R.Nəbiyev adına Soyulan kənd orta məktəbini bitirib. 1986-1994-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatr rejissorluğu ixtisası üzrə ali təhsil alıb. Uzun illər Mədəniyyət və İncəsənət sahələri üzrə ssenarist, rejissor, metodist, bədii rəhbər və direktor olaraq çalışıb. Eyni zamanda nağara ifaçısı olaraq müxtəlif ansamblların üzvü kimi televiziyada, konsert proqramlarında çıxış edib. Kiçik yaşlarından şeirlər yazıb. Şeirləri, xatirələri və publisist yazıları bir çox qəzet və jurnallarda, antologiya və almanaxlarda dərc olunub. 2014-cü ildə “Eşqim məcnun söyüddü” adlı ilk şeirlər kitabı “Adiloğlu” nəşriyyatında çap olunub. “S. Rəhimov adına Qubadlı rayon ədəbi birliyi”nin və “Ziyalı ocağı” İctimai birliyinin üzvüdür. İki övladı, dörd nəvəsi var.


Səfər iştirakçıları Əsgəran qalası, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü, İsa bulağı, Şuşa şəhərinin qala divarları ətrafında və Şuşa şəhərində çay süfrəsində olmuşlar. Sonra isə Xankəndi şəhərinin Mərkəzi meydanını gəzmiş və yemək süfrəsində olmuşdular.
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.3. bəndinə uyğun olaraq Tərtər rayonunda müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsinin təşviqi məqsədilə tədbir keçirilib.
Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri olmuşdur.
Prezident İlham Əliyev 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə müsahibə verib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.
Yeni ismarıclar