Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr
    Xəbərlər Poeziya guşəsi üçün şərhlər bağlıdır

    YAXIN GƏLMƏZ

    (Təcnis)

    Bəlkə doğru sözdü, var əl çirkidi,
    Saflardan gen gedər, yaxına gəlməz.
    Əsilsiz kəslərdən gələn xeyir də,
    Gəlsə yada gələr, yaxına gəlməz.
    Adam var incikdi, bivecdi ya da,
    Tərkivətən olub sığınar yada.
    Bir yol el-obanı gətirməz yada,
    Doğmalar ha yana, yaxına, gəlməz.
     

    Bir adam tək gəzə, ayrı dolana,
    Qorxar dilə düşə, lağa dolana.
    Vücudu şübhəylə, xofla dolana
    Yüz kərə desən gəl yaxına, gəlməz.

     

    Giley torbasını Talıb, gözələ,
    Doyarmı, öyrənsə əgər göz ələ.
    Kasıb komasında solan gözələ,
    Varlıdan bir üzük, ya xına gəlməz.
                                                            Talıb MƏMMƏDLİ

  • 11Apr
    Ədəbiyyat Ömrümə gün doğub üçün şərhlər bağlıdır
    İlahi, bu gözəl mən görəndimi?
    Necə görmüşdümsə, elə həməndir.
    Baxışı, duruşu, nazı, ədası –
    Bahar təravətli ağ yasəməndir.
    Sevib-seviləcək paydır könlümə,
    Dərdimdən ölməyə haydır könlümə,
    Təpədir dizimə, haydır könlümə,
    Ümid çırağımdır, şirin gümandır.
     

    Yıxıb can evimi, daşı qalmayıb,
    Quruyub gözümün yaşı, qalmayıb,
    Sevgidən dərs alıb, naşı qalmayıb,
    Gözü badamıdır, qaşı kamandır.

     

    Deməyin, bu yaşda bu sevda nədir,
    Susub dillənmirəm, can əldən gedir.
    Ömrümə gün doğub, başıma xeyir,
    Ay Mayıl, sevməyə əsl zamandır.
                                                               Mayıl Məmmədli

  • 08Apr
    Digər Məqsəd əməkdaşlığı gücləndirmək və özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edib.

    Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.

    Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.

    Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

    İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.

    Prezident İlham Əliyev qeyd edib ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq.

    Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək. Daha ətraflı »

  • 04Apr
    Digər Azərbaycan-Almaniya əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir üçün şərhlər bağlıdır

    Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın ən çox inkişaf etmiş dövləti olan Almaniya üçün də cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.

    Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir.

    Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. Daha ətraflı »