Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev
    Xəbərlər Vətəndaşların müraciətləri dinlənilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
    Məlumat üçün bildiririk ki, rayon sakinləri Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
    Görülən tədbirlərin nəticəsidir ki, ötən il rayonumuzdan yuxarı təşkilatlara göndərilən şikayət məktublarının sayı xeyli azalıb.

    “YENİ TƏRTƏR”

     

  • 18Fev
    Xəbərlər Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları və İƏD üzrə nümayəndələr iştirak ediblər.
    Müşavirədə “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
    Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elşən Bağırov çıxış edib.
    Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

     

  • 18Fev
    Şəhidlər Rayon rəhbəri Bəyimsarov kəndində Birinci Qarabağ Müharibəsinin şəhidi Nəsibov Pərvanə Eyvaz oğlunun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Bəyimsarov kəndində birinci Qarabağ Müharibəsinin şəhidi Nəsibov Pərvanə Eyvaz oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
    Qeyd edək ki, şəhid Nəsibov Pərvanə Eyvaz oğlu 1967-ci il aprel ayının 23-də Ermənistan Respublikasının Vardanis rayonunun Zod kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Ermənistandan məcburi köçkün düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Həmin ildən Bəyimsarov kolxozunda kolxozçu işləməyə başlamışdır. 1992-ci ildə könüllü olaraq Milli Ordumuzun N saylı hərbi hissəsinə daxil olmuş və onun tərkibində Goranboy bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il noyabr ayının 19-da Gülüstan uğrunda gedən döyüşdə şəhid ol-muşdur. Şəhidimiz Tərtər rayonunun Bəyimsarov kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Elnur adlı bir oğlu və Təhminə adlı bir qızı var.
    Rayon rəhbərinin ailə üzvlərilə görüşü zamanı onlar bildiriblər ki, torpaqlarımızın erməni işğalından azad edilməsi onların da ümidlərini ar-tırıb. İnanırlar ki, gün gələcək, doğma yurd-yuvalarına dönəcəklər.
    Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    “YENİ TƏRTƏR”

     

     

  • 18Fev
    Milli-mənəvi dəyərlər BAHARIMIZ XEYİRLİ, UĞURLU GƏLSİN! üçün şərhlər bağlıdır

    YALANÇI ÇƏRŞƏNBƏLƏR

    Xalqımızın çoxlu sayda özünəməxsus gözəl adət-ənənəsi var. Bunları yaşatmaq gənc nəslin üzərinə düşür. Bundan ötrü öz-soy kökümüzə bağlı olmalıyıq.
    Xalqımızın ən gözəl bayramlarından biri Novruzdur. Onu yazın gəlişi kimi qeyd edirik. Əvvəlcə yalançı çərşənbələr gəlir. Bundan sonra 4 doğruçu çərşənbəni özəlliklə yaşayırıq. Hər çərşənbənin özünə aid mənası var. Yalançı çərşənbələri qədimdə insanlar çillənin çıxması kimi qeyd edirdilər. 40 gün davam edən böyük çilləni yola salıb bayrama qədər olan həftənin hər çərşənbəsini qeyd edərdilər. Bu çərşənbələrdə təmtəraqlı heç nə etməzdilər. Hava qaralana yaxın hər kəs öz həyətində tonqal qalayar, ailəsi ilə birlikdə tonqalın ətrafına yığışardılar. O biri çərşənbələr kimi təmtəraqlı süfrələr açılmaz, ayrıca yeməklər bişirilməzdi. Bu çərşənbələr yazın yaxınlaşdığını bildirir, digərlərinə zəmin yaradır, həmçinin qışın çıxdığının müjdəsini verir. Yalançı çərşənbələr müəyyən mərasimlərlə qeyd olunurdu.
    2025-ci ilin Novurz çərşənbələri
    25 fevral-Su çərşənbəsi, 4 mart- Od çərşənbəsi, 11 mart-Yel çərşənbəsi, 18 mart- İlaxır (Torpaq) çərşənbəsidir. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
    Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
    Bahar bayramımız xeyirli, uğurlu gəlsin.

    “Yeni Tərtər”

  • 18Fev
    Milli-mənəvi dəyərlər NOVRUZ BAYRAMI ADƏT-ƏNƏNƏLƏRİ üçün şərhlər bağlıdır

    Kəndirbazlıq və yarışlar
    Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olur. Məzhəkəçilər və kəndirbazlıq bir çox ölkələrdə tədricən unudulmuş ənənə olsa da, Novruzun maraqlı hadisələrindən biri olaraq ölkəmizdə qeyd olunmağa davam edir. Fərqli ölkələrin inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpünü” və “uçmağa” aparan yolu simvolizə edir.
    Təmizlik və qonaqlaşma
    Bayramların ən maraqlı tərəflərindən biri də bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib-gülməkdir. Bütün bunlardan əvvəl isə hətta bayramdan bir neçə həftə əvvəl, evlərdə bayram təmizliyinə başlanır. Yeni ilə təravətli başlamaq, bahar ətrini daha yaxşı hiss etmək üçün hər evdə genişmiqyaslı bayram təmizliyi edilir və evdəki lazımsiz əşyalardan xilas olunur. Bəzi xalqlarda bu təmizliyin həm də uğur və müvəffəqiyyət gətirdiyi inancı da mövcuddur.
    Novruz bayramı və ilaxır çərşənbə özünəməxsus inancları ilə diqqəti cəlb edir
    – Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz.
    -Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.
    -Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram”dan çıxarırlar.
    -Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər, bar verməz.
    -Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlar. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş. Daha ətraflı »

  • 18Fev
    Milli-mənəvi dəyərlər Ramazan ayı yaxınlaşır üçün şərhlər bağlıdır

    Oruc tutmaq insanlara cismani xeyir verməklə yanaşı, həm də bizləri mənən təmizləyir

    Bismilləhir Rahmənir rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə.
    “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə”. (Bəqərə s, ayə 183.) Ayədə qeyd edildiyi kimi, oruc olmaq təqvalı olmaq üçün əsas ülgüdür. Təqva bir insanın Allaha olan ən böyük inamı və sevgisidir və bütün işlərdə insaflı və imanlı olması və Allahdan çəkinməsidir. Peyğəmbərimizin (s) əziz balası Xanım Fatimə (s.ə) buyurur ki, “Əməl-lərinə riayət edilmədən tutulan oruc, özünü ac qoymaqdan başqa bir şey deyildir”. Yəni, oruc olan bir insanın təkcə özünü yemək-içməkdən qoruması yox, eyni zamanda əməllərinə də çox ciddi şəkildə nəzarət etməsi vacibata çevrilir. Əlbəttə, qeybət etmək, dedi-qoduyla məşğul olmaq, kiminsə haqqına girmək sair aylarda da qəti qadağandır, amma ramazan ayında bu qadağa bir az da ciddiyə alınaraq, oruclu müsəlmanın sanki gücləndirilmiş iş rejiminə dönür. Və həm də oruc olmanın insana cismani də xeyri var. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Biləsiniz ki, ən gözəl pəhriz oruc olmaqdır”. Daha ətraflı »

  • 14Fev
    Digər İndi Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses gedir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib.

    Dövlət başçısı qeyd edib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

    Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

    Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

    Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Daha ətraflı »

  • 14Fev
    Digər Azərbaycan və Somali arasında əməkdaşlıq qarşılıqlı etimad və dost münasibətlər üzərində qurulur üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

    Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.

    Qeyd olunub ki, ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

    Prezident deyib ki, Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.

    Həmçinin Somalidə sərmayə imkanları müzakirə edilir. Bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlığın qurulması nəzərdə tutulub.

    Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

    Bildirilib ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

    Fevralın 12-də Bakıda keçirilən görüş zamanı qarşılıqlı əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanıb.

     

     

     

     

     

     

  • 07Fev
    Milli-mənəvi dəyərlər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN GƏNCLƏR SİYASƏTİ PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Gəncləri Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkila-tının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsində İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov, qazilər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıb.
    Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Daha ətraflı »

  • 07Fev
    Qazilərimiz Vətən Müharibəsi iştirakçısının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə Vətən müharibəsi iştirakçısı Elməddin Məmmədovun toy mərasimi keçirilib.
    Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.
    Rayon rəhbəri toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
    Toy mərasimində dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqları, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqları və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyi vurğulanıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğu qeyd edilib.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, həyat arzulayıblar.
    Qeyd edək ki, Elməddin Məmmədov Talış, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş Nazir Əli Əsədovun sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan icra başçısı Elməddinin öz Vətənini, torpaqlarımızın ərazi bü-tövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı da ailə başçısı olacağını bil-dirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.