Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Daha ətraflı »



Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi
Müasir tariximizin ən şərəfli bayramlarından olan 8 noyabr– Zəfər Gününü bu il ikiqat qürur hissi ilə qeyd edirik. Bayramlarımızın sırasına daha biri – milli sərvətimiz olan Dövlət Suverenliyi Günü əlavə olunub.
Bu gün Azərbaycan başdan-başa bayram libasını geyinib. Hər yerdə qürurumuz, namusumuz olan Azərbaycan bay-rağı dalğalanır. O bayraq ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu doğma Şuşamızda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilmiş hər bir şəhərində dalğalandırdı.


44 günlük Vətən müharibəsi və bundan sonrakı lokal antiterror əməliyyatı Tərtərin və tərtərlilərin də həyatını tamamilə dəyişdi. 30 illik gərginliyə, erməni terroruna, dinc insanlara qarşı törədilən cinayətlərə birdəfəlik son qoyuldu. Biz düşmənlə üzbəüz mərdliklə dayandıq, mübarizə apardıq və qalib olduq!
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
8 Noyabr – Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hacallı kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sarıyev İntiqam İlham oğlunun ailəsini ziyarət edib, onun səhhəti, qayğıları ilə maraqlanıb və yeni tikdirdiyi fərdi yaşayış evinə baxış keçirərək, xeyir-dua verib.

Sentyabrın 20-də xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycanın Suverenliyi Gününü qeyd etdi. İndi isə Zəfər tariximizi bayram edirik.
Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedaqoq Nübar Mədətli. Bəli, mənim nənəmdir haqqında danışacağım Tərtər şairəsi. O şairə ki, ömrünün yarıdan çoxunu təhsilə, elmə, yazarlığa o, cümlədən Qarabağ mövzusunda yazılara həsr edib.
Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında işıqfor olmadığına görə, vətəndaşlar piyada zolağı ilə yolu təhlükəsiz keçə bilmir və burada tez-tez avtomobil qəzaları baş verirdi.
Yeni ismarıclar