10İyl
Qəhrəmanlıq elə zirvədir ki, illər ötdükcə daha aydın görünür
Birinci Qarabağ müharibəsi şəhidləri olan Poladlı kəndinin sakini Nizami Salahovun və Mamırlı kəndinin sakini Müşviq İsmayılovun şəhidliyə qovuşduqları vaxtdan 30 il ötür.
Şəhid Nizami Salahov 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kəndində kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş və Ağdərə istiqamətində ge-dən döyüşlərdə iştirak etmişdir.
27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Evli idi. Aygün, Laləzər adlı iki qızı və Nurəddin adlı bir oğlu var. Poladlı kənd qəbiristanlığında dəfn edilib. Daha ətraflı »
10İyl
1991-ci il oktyabrın 2-də Tərtər rayonunun Köçərli kəndində doğulub. 1998-ci ildə Köçərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2008-ci ildə onuncu sinfi bitirib. 2009-ci ilin oktyabrın 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Naxçıvanın Şahbuz rayonunda keçib. Cəmi 10 ay əsgərlik çəkib. 2010-cu il iyulun 17-də ildırım vurması nəticəsində kardiogen şok keçirərək şəhid olub. Subay idi. Ailənin 2 övladından biri idi. Köçərli kəndində dəfn olunub. Ailəsi Köçərli kəndində yaşayır. Atası Asif 2021-ci il aprelin 16-da ürək çatışmazlığından dünyasını dəyişib. Bacısı ailəli olub, 2 övladı var. Hazırda anası Etibar Hüseynova ilə birgə yaşayır.
10İyl
1 iyul 1961-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. Orta məktəbi 1976-ci ildə həmin kənddə bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1979-cu ildə Rusiyada aviasiya polkunda həqiqi hərbi xidmətini başa vurub.Qayıtdıqdan sonra Mingeçevir şəhərində yaşayıb, işləyib.
Bibisi oğlu Talıstan Axundov erməni vəhşiliyindən şəhid olduqdan sonra Murad dözməyərək 19-92-ci ilin fevralından Mingəçevir Özünümüdafiə Batalyonu-na yazılıb. Batalyon keçmiş Marquşevan kəndində yerləşirdi. Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı vuruşub, 1993-cü ilin iyul ayının 23-də döyüş yoldaşlarının nəşini çıxararkən mühasirəyə düşərək şəhid olub, 25 iyulda ailəsinə xəbər verilib. Nəşi tapılmayıb.
Ailəlidir. 2 oğlu qalıb, Şahin və Tural. Muradgil özləri 3 qardaş, 4 bacı olublar. Hazırda anası Zərifə oğlu Müşfiqlə birlikdə Borsunluda, Muradın oğlanları isə Mingəçevir şəhərində yaşayırlar.
Son zamanlarda Mingəçevir şəhərində şəhid Murad Təmrazovun adına bulaq istifadəyə verilib.
10İyl
Sentyabrın 10-u 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. 1972-ci ildən 1977-ci ilə kimi Borsunlu tam orta məktəbində oxuyub. 1978-ci ildə Gəncə şəhərində yaşayan xalasıgildə qalaraq 37 nömrəli məktəbdə oxuyub. 1982-ci ildə həmin məktəbi bitirib. 19-83-cü ildə Tərtər rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik xidməti Əfqanıstanda keçib. Bu müdətdə “Hərbi xidmətə görə” medalı ilə təltif olunub. 1985-ci ildə hərbi xidməti başa çatıb. Qayıtdıqdan sonra Gəncə şəhərində yaşayıb, işləyib.
1992-ci ilin mayından könüllü olaraq Ağdam rayon özünümüdafiə dəstəsinə yazılıb. Döyüş yolu Ağdam, Ağdərə istiqamətindən keçib. Axırıncı döyüşü Şırxavənd istiqamətində olub. 12 iyunda mühasirəyə düşüb, tankın üstündə vurulub. Nəşi tapılmayıb.
Nofəl Əsgərov ailəli olub. Həyat yoldaşı Zərxarə rəhmətə gedib. 2 qızı- Lalə və Naciyə Bakı və Gəncə şəhərlərində yaşayırlar.
10İyl
1956-cı ildə Azadqaraqoyunlu kəndində doğulub. Doğma kəndində yaşayıb, tikinti işlərinin ustası kimi fəaliyyət göstərib. 1992-ci il aprelin 12-də könüllü olaraq polis dostu ilə birgə döyüşdə olan döyüşçülərimizə sila-sursat apararkən mühasirəyə düşüb, şəhid olub. 5 gündən sonra, 17 aprel tarixdə nəşi götürülərək Evoğlu kənd qəbiristanlığında dəfn olunub.
2015-ci ildə məhkəmə qərarı ilə şəhidlik statusu verilib. Ailəli olub. 2 qızı, 1 oğlu var. Həyat yoldaşı Tankarova Cəmilə Musa qızı, oğlu Tanrıverdiyev Natiq, qızları Xatirə və Gülbəniz Bakı və Gəncə şəhərlərində yaşayırlar.
10İyl
1929-cu ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Həmin kənddə yaşayıb, çalışıb. 2004-cü il fevral ayının 16-da Qapanlı kəndinin otlaq sahəsində özünə məxsus qoyunları otararkən qonşu Seysulan kəndi istiqamətindən snayperlə başından vurularaq şəhid olub. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
Ailəli olub. Akim, Qanboy, Elxan, Bəhlul adlı 4 oğlu, Xalidə, Fəridə, Validə adlı 3 qızı qalıb. Övladları ailəlidirlər. Nəvələri var. Ailəsi üçün Tərtər rayonunun Qapanlı kəndində 3 otaqlı fərdi ev tikilib. Həyat yoldaşı rəhmətə gedib. Oğlu və nəvələri kənddə yaşayırlar.
10İyl
Lalə Əhmədli: Müəllim şagirdlər arasında fərq qoymamalıdır
Lalə Əhmədli Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbin ingilis dili müəllimidir. 1977-ci il ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 25 ildir ki, Sarov kəndində ingilis dilini tədris edir. Müəllimlərin sertifikasiya imtahanından 58 bal toplayıb. Bu barədə o, belə deyir:
–Hədəfim 60 bal idi. Görünür, haradasa diqqətsizlik etmişəm. Müəllimin imtahandan yüksək bal toplaması uğur hesab edilsə də, bu, eyni zamanda, gözlənilən haldır. Çünki bu yüksək adı daşıyan insan vaxtilə ali məktəbdə yiyələndiyi biliklərlə kifayətlənməməli, öz üzərində işləməli, fənnini bilməlidir.
Lalə müəllimin digər fikirləri də diqqət çəkir. O hesab edir ki, əsl pedaqoq sinifdə şagirdlər arasında fərq qoymamalıdır. Uşaqların dərsi qavrama qabiliyyəti eyni olmadığı üçün, onlardan hansısa yaxşı, digəri zəif oxuya bilər. Belələrini gözdən salmaq olmaz, dərs zamanı hər kəsə kifayət qədər diqqət ayrılmalıdır. Bəzən müəllim hansısa pis oxuyan uşağı “kəşf” edir, onun üzə çıxarılmayan qabiliyyətlərini aşkar edərək, inkişafına yardımcı olur. Daha ətraflı »
10İyl
Ülviyyə Mehdili Sarıcalı kənd tam orta məktəbinin riyaziyyat müəllimidir. O, müəllimlərin sertifikasiya imtahanından rayon üzrə ən yüksək–59 bal toplayıb.
Ülviyyə müəllim deyir:
–Yenidən peşə seçsəydim, yenə də müəllim olardım.
Sertifikasiya imtahanı haqqında isə fikri belədir:
–Öz fənnimə aid suallarda heç bir çətinlik çəkmədim. Kurikulumla bağlı məsələlər də maraqlı idi. Ümumiyyətlə, imtahan saatlarının necə keçdiyini hiss etmədim. Həyəcanlı da deyildim. Çünki biliyimə arxayın idim.
Ülviyyə Mehdili rayonumuzun Sarov kəndində müəllimlər ailəsində dünyaya gəlib. Atası Əbil Mehdiyev idman müəllimidir, anası Səxavət xanım Sarov kənd tam orta məktəbinin psixoloqudur. Ailənin üç övladı da valideynlərinin yolunu seçib. Hər üçü müəllimdir.
Ülviyyə 2015-ci ildə 554 balla Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olub. Burada təhsil müddəti 5 il idi. Həmin müddətdə Ülviyyə Mehdili “Gələcəyin müəllimi” təqaüdünü alıb.
Universiteti bitirən kimi müəllimlərin işə qəbulu ilə bağlı imtahan verib və 47 bal toplayıb. Sarıcalı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub. Daha ətraflı »
10İyl
Hər kəs bir ağac əksə…
Yaşadığımız küçə, kənd, şəhər, ölkə bizim ümumi evimizdir. Evimizin, həyətimizin təmizliyini, səliqə-sahmanını qoruduğumuz kimi, bunların da saflığını qorumaq borcumuzdur. Lakin təəssüf ki, heç də həmişə belə olmur. Son illər ekologiyamızın ciddi surətdə pisləşməsi də elə insanların təbiətə vurduğu ziyanın nəticəsidir.
Kəndimizin sakini Mehman İsmayılov maarifləndirmə yolu ilə xeyirxah işlərin görülməsinə nail olur.
Bir neçə il bundan əvvəl kəndimizə gələn yolun hər iki tərəfində ağac əkilməsi də belə təşəbbüslərdən biridir. Bu təşəbbüsə həm kənddə yaşayan, həm də burada doğulub boya-başa çatan, hal-hazırda kənar yerlərdə yaşayıb işləyən insanlar həvəslə qoşuldular. Az müddətdə xeyli ağac əkildi. Bunların qayğı ilə suvarılıb becərilməsini də Mehman İsmayılov öz üzərinə götürdü. Hazırda həmin ağaclar yolumuza xüsusi yaraşıq verir.
Əziz şəhidlərimizə aid guşələrin yaradılması və abadlaşdırılması da bu xeyirxah insanın böyük qayğı ilə yanaşdığı məsələlərdən biridir. Daha ətraflı »
10İyl
Bu günlərdə rayonumuzda “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin açılışı olub. Açılışda Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev, Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, media və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
Qeyd edək ki, mərkəzdə lo-qoped, psixoloq, pedaqoq və düyü bütünləmə mütəxəssisləri fəaliyyət göstərəcək. Mərkəzin rəhbər-loqopedi Jalə Əsgərova, loqoped Aytac Muradlı, klinik-psixoloq Təranə Əmiraslanlı, pedo-qoq Nigar Xosrovlu, düyü bütünləmə mütəxəssisi Gülər Quluyeva, ailə psixoloqu Gülxar Abbasovadır.
Mərkəzin açılışı ilə bağlı sahibkar Kəyam Quliyev deyir:
–Uzun illər ərzində Tərtər rayonu cəbhə bölgəsi olub, qəhrəman tərtərlilər düşmənlə üzbəüz müharibə şəraitində yaşayıblar. Mənfur düşmənin hərəkətləri, yaşanan stress insanların səhhətinə, psixoloji durumuna, xüsusən də dünyaya gələn körpələrin sağlamlığına ciddi təsir göstərib. Hal-hazırda Tərtər rayonunda digər bölgələrə nisbətən xüsusi qayğıya ehtiyacı olan uşaqların sayının daha çox olması da elə bunun nəticəsidir. Daha ətraflı »
Yeni ismarıclar