Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Qəhrəmanlıq elə zirvədir ki, illər ötdükcə daha aydın görünür

    Birinci Qarabağ müharibəsi şəhidləri olan Poladlı kəndinin sakini Nizami Salahovun və Mamırlı kəndinin sakini Müşviq İsmayılovun şəhidliyə qovuşduqları vaxtdan 30 il ötür.

    Şəhid Nizami Salahov 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kəndində kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş və Ağdərə istiqamətində ge-dən döyüşlərdə iştirak etmişdir.
    27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
    Evli idi. Aygün, Laləzər adlı iki qızı və Nurəddin adlı bir oğlu var. Poladlı kənd ­­­­­­­­­qəbiristanlığında dəfn edilib.
    * * *
    Şəhid Müşviq İsmayılov 1971-ci il dekabr ayının 31-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbini bitirib və keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı doğma kənddə kolxozçu işləyib. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi Milli Ordunun 703 saylı hərbi hissəsinin tərkibində erməni faşistlərinə qarşı Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edib. 5 may 1994-cü ildə Ağdərə rayonunun Həsənqaya kəndi uğrunda döyüşdə şəhid olub.
    Subay idi. Mamırlı kənd qəbiristanlığında dəfn olunub.
    * * *
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə hər iki kənddə şəhidlərin ailələrini ziyarət ediblər. Görüşdə Vətən Müharibəsinin mülki şəhidləri Abbasov Xaliq və Elşənin atası Asif Abbasov, Azərbaycan Bayrağı ordenli, Vətən müharibəsi qazisi Elnur Salahov da iştirak ediblər.
    Şəhidlərin doğmaları qeyd ediblər ki, onlar üçün ən böyük təsəlli şəhidlərimizin uğrunda can verdikləri torpaqların işğaldan azad edilməsidir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:13

İsmarıclar bağlıdır.